Paytaxt məktəblərində Gənclər Günü silsilə tədbirlərlə qeyd olunub
Tarix: 03.02.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Paytaxt məktəblərində 2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində Gənclər Günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, “açıq dərs”, mühazirə və seminarlar, həmçinin elm, idman və digər sahələrdə uğur qazanmış gənclərlə məktəblilərin görüşləri təşkil olunub.
Tədbirlərdə şagirdlərə məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.
Tədbirlərdə şagirdlərə, həmçinin zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub.
Müxtəlif sahələr üzrə nailiyyətlər əldə etmiş gənclər də dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb, uğur qazanmağın yollarından söz açıblar.
Tədbirlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Təhsil müəssisələrində Gənclər Günü ilə əlaqədar sərgi, müsabiqə və idman yarışları da təşkil olunub. Müsabiqə və idman yarışlarının qalibləri diplom və medallarla mükafatlandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info