Keçən il Zaqatalada aqrar sektorda məhsul istehsalı 12,9 faiz artıb
Tarix: 04.02.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2017-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 13 milyon 942 min manat və ya 12,9 faiz artaraq 122 milyon 863 min manat olub. İl ərzində rayonda 57 milyon 513,9 min manatlıq bitkiçilik, 65 milyon 349,2 min manatlıq heyvandarlıq məhsulları istehsal edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
2017-ci ildə rayonda quru tütün istehsalı 363 ton artaraq 891 tona çatıb. Fındıq bağlarından 13 min 422 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 4 min 512 ton artıb. Keçən il rayonda ilk dəfə soya bitkisi əkilib və 105 ton məhsul əldə olunub.
Heyvandarlığın inkişaf etdirilməsi üçün dövlət fonduna aid 15 min 359 hektar yay otlaq sahəsi fermerlərin icarəsinə verilib. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama yolu ilə 5257 baş ana maldan 2853 baş cins bala əldə edilib. Lizinq yolu ilə rayona 23 baş yüksək məhsuldar iribuynuzlu mal-qara gətirilib. Görülmüş tədbirlər nəticəsində ötən il diri çəkidə ət istehsalı 124 ton, süd istehsalı 126 ton, yumurta istehsalı isə 259 min ədəd artıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info