“Müxalifət öz məğlubiyyətini dərk edib”
Tarix: 24.05.2013 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət cəbhəsində təlaş getdikcə artmaqdadır. Özlərinin cəmiyyətin həyatında mühüm rol oynadıqlarını göstərmək üçün bu vasitəyə əl atan radikal müxalifət partiyaları digər müxalifət partiyalarını və şəxsləri də “milli şura”ya üzv olmağa dəvət ediblər. lakin bir çoxları bu dəvətdən imtina ediblər. “Milli şura”nı qurmaq istəyənlərdən bir-birinin ardınca verilən açıqlamalar, əslində onların istəklərinin Azərbaycanı parçalamaq olduğunu göstərir. “Milli şura” ya qoşulmaq barədə dəvət alan VHP sədri , millət vəkili Sabir Rüstəmxanlının mətbuata verdiyi açıqlama da bu xarakterlidir. Sabir Rüstəmxanlı deyir:
“Mən də hazırda Milli Məclisdəyəm. “Milli şura” da Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, “milli şura” doğrudan da, ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik”. Bunun anlamı nədir?-Yəni Azərbaycanda iki qanunverici orqan ola bilər, yəni S. Rüstəmxanlı deyir ki, biz Azərbaycanın yenə bölünməsini istəyirik. Sabir bəy, siz ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərin əvvəllərində ictimai-siyasi proseslərdə iştirak edibsiniz, Müstəqillik Aktının lehinə səs veribsiniz. Eyni zamanda illərdir ki, millət vəkilisiniz. Belə bir sual ortaya çıxır: Bu hansı siyasi düşüncəyə, hansı vətəndaşlıq mövqeyinə, hansı ziyalılığa, hansı müxalifətçiliyə sığışan bir davranışdır?

“Milli şura” ideyası romantik xülyadan
başqa bir şey deyil”

Məsələ ilə bağlı Vəhdət Partiyasının sədri Tahir Kərimlinin münasibəti belə oldu: “Milli şura”nın Milli Məclisə alternativ qoyulmasını qəbul etmirəm. Bu mümkün olan şey deyil. Heç vaxt “milli şura”nın yaranmasının 1918- 1920, 1990-cı il Milli şuralarının yaranması ilə müqayisəsini doğru hesab etmirəm. Bunun səbəbi nədir? Birincisi, Milli şuralar keçid dövründə böhran zamanı baş verir və indi heç bir keçid və böhran yoxdur. İkincisi, 1918-ci ildə Milli Şuranı Rusiya Dumasının deputatları Tiflisdə dövlətin yaradıldığı üçün yaratdı, 1990-cı ildə isə Ali Sovet yaratdı. Yəni hər ikisi qanunverici orqanda təmsil olunan rəsmi şəxslər tərəfindən yaradılmışdı. Eyni zamanda burada iqtidar, ya müxalifət məsələsi qoyulmamışdı ki, üzvlər yalnız müxalifətdən olsun. Milli şuraları dövlət yaratmışdı. Milli Şuranı böhran vəziyyətində Azərbaycan dövləti bütün təbəqələri yaratsa, bunu qəbul etmək olar. Lakin indi haqqında söhbət gedən “milli şura” bütün müxalifəti də əhatə edə bilmir. “Milli şura”nı qurmaq istəyənlərin digər müxalifət partiyalarına, şəxslərə göndərdiyi dəvətlərin əksəriyyəti qəbul edilməyib. Belə olan təqdirdə “milli şura” müxalifətin bir qrupunun təşkilatıdır. Bu heç vaxt Milli Məclisə alternativ ola bilməz. Əgər qarşısına belə bir vəzifə qoyubsa, bu, Konstitusiyamıza ziddir. “Milli şura” siyasi partiyaların birliyi deyil ki, “Siyasi partiyalar haqqında” qanuna uyğun şəkildə hərəkət etsin. Əgər ictimai təşkilat yaranırsa, ictimai təşkilatların siyasi fəaliyyətlə məşğul olması da qanunlarımıza ziddir. Ona görə də mən birmənalı şəkildə deyirəm ki, indiki “milli şura” əfsanəvi X gününə forsmajor vəziyyətdə hesablanmış bir məsələdir. Sadəcə olaraq seçkilərə 5 ay qalıb. Müxalifət öz məğlubiyyətini dərk edib. “Milli şura”nı Milli Məclisə alternativ kimi yarada bilməyəcəklərini görüblər. Amma bu qurumu qurmaqla narazıların, bəzi xarici qüvvələrin diqqətlərini cəlb etmək istəyirlər. Bununla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin hər kəs Azərbaycandakı real vəziyyəti görür. “Milli şura” ideyası romantik xülyadan başqa bir şey deyil” .

“Sabir Rüstəmxanlı
qeyri-ciddi adlandırdığı qurumu necə təmsil
edəcək?”

YAP Gənclər Birliyinin Şura üzvü Daşqın Qənbərov isə Sabir Rüstəmxanlının mətbuata verdiyi açıqlamalarda ziddiyyətlərə diqqəti çəkdi: “Öncə “milli şura” adı ilə yaradılmış bu abstrakt qurum haqqında bir neçə cümlə ilə fikrimi bildirmək istərdim. Bu qurumu kimlərin təsis etmək istədiyinə nəzər salsaq, görərik ki, onlar əslində adlarını siyasətçi qoyub reallıqda isə siyasətdən şəxsi mənfəətləri naminə hər şey ilə məşğul olan insanlardırlar. “Milli şura” adlı bu təsisat seçkiqabağı yaradılmış, mövsümi xarakterli, yağışdan sonra çıxan göbələklərdən biridir. O insanlar tərəfindən belə qurumların yaradılması təşəbbüsləri çox olacaq. Hazırkı “milli şura”nın, demək olar ki, "mili"çıxıb, öz müvazinətini tamam itirib. Millət vəkili S.Rüstəmxanlının açıqlamasına gəldikdə isə onu deyə bilərəm ki, açıqlama çox təzadlıdır. Belə ki, Sabir Rüstəmxanlı ilk öncə sözügedən “şura” haqqında məlumatsız olduğunu, şuranın məqsəd və məramı haqqında heç nə bilmədiyini deyir, lakin ardınca da bu qurumda özünə dolayısı ilə bir yer istəyir, sonra isə qurumun təşkilatçılarının indiyə qədərki fəaliyyətini qeyri-ciddi adlandırır, daha sonra qurumun gələcəkdə ciddi fəaliyyətə keçəcəyi təqdirdə onu təmsil etmək arzusunu bildirir. Açıqlamanın ümumi məzmununa diqqət etdikdə gəldiyim qənaət ondan ibarətdir ki, S.Rustəmxanlı sözügedən qurumun təsisçilərinə dolayısı ilə mesaj göndərib demək istəyir ki, “mən millət vəkiliyəm, daha ciddi planlarım var, mənə bu qurumda yer verin”. Düşünürəm ki, müsahibin çox iddialı və özündən razı, qarşı tərəfi aşağılayıcı müsahibəsi “şura” təsisçilərinin heç ürəyindən olmayacaq”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info