ABŞ-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər
Tarix: 05.02.2018 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetində “Əli və Nino” filminin təqdimatı keçirilib.
Tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, “Əli və Nino” kitabının tarixi əhəmiyyətini və bugünkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını deyib.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ilinin tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını diqqətə çatdırıb. Diplomat AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.
Səfir “Əli və Nino” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini bildirib. O, bu filmin yüksək keyfiyyəti ilə seçildiyini və aktyorların olduqca istedadlı olmasını söyləyib, bu səhnə əsərin ərsəyə gəlməsində və onun kinematoqrafiyasında Leyla Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb.
Daha sonra filmin nümayişi olub. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onlarda böyük təəssürat yaradıb.
Qeyd edək ki, səfir Elin Süleymanov, həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin müəllim-tələbə heyəti qarşısında çıxış edib. Diplomat Azərbaycanın həyata keçirdiyi xarici siyasət, həmçinin irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info