“ABŞ dövlət orqanları jurnalistlərə qarşı hücuma keçib”
Tarix: 24.05.2013 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


“Ədliyyə Nazirliyi tərəfindən “WikiLeaks” saytına qarşı olan hücumlar indi Amerikanın digər jurnalistlərinə qarşı da tətbiq edilir”

ABŞ-da azad sözə və mətbuata qarşı hökumət tərəfindən vaxtaşırı müxtəlif təzyiqlərin edilməsi ilə bağlı məlumatlar yaılır. Xüsusilə, son günlər bütün dünyada məşhur olan «Assoşieyted Press» agentliyinin jurnalistlərinin telefonlarının dinlənilməsi ilə bağlı faktın üzə çıxması ABŞ-da azad sözə münasibətin hansı formada olduğunu ortaya qoyur. Hər il dünyanın müxtəlif ölkələrində azad sözün, mətbuatın vəziyyəti ilə bağlı hesabatlar yayan bir ölkənin gizli şəkildə jurnalistlərin telefonlarını dinləməsi həmin hesabatların sırf hansısa maraqların təmin olunması və hesabatda adı gedən müəyyən ölkələrə təzyiq göstərilməsi məqsədilə ilə hazırlandığı təsdiqləyir. Özləri jurnalistləri izlədikləri, dinlədikləri halda, başqalarını ittiham edirlər.

«Assoşieyted Press»in əməkdaşlarının
telefonları dinlənilir, «Fox News»un
əməkdaşları izlənilir…

ABŞ-ın Mətbuat Azadlığı Fondu baş verən olayları dəyərləndirərkən qeyd edib ki, «WikiLeaks» saytının informasiya toplamaq və onu yaymaq hüququnun tanınması cəmiyyət üçün nə qədər vacibdirsə, «Assoşieyted Press» və «Fox News» üçün də eyni hüquqlar keçərlidir. Bu iki mətbu orqanın əməkdaşlarının hüquqlarının qorunması da son dərəcə vacib məsələdir: «Qanun nöqteyi-nəzərdən bu üç mətbuat orqanı arasında fərq yoxdur və bunu hökumət də etiraf edir. Əgər bu informasiya mənbələrindən biri yıxılarsa, digərinin çox gözləməsinə ehtiyac qalmayacaq. Baxmayaraq ki, «WikiLeaks» saytı 2011-ci ilin əvvəlində Ədliyyə Nazirliyi tərəfindən hücuma məruz qaldığı vaxtda bir çox jurnalist susmağa üstünlük verdi. Bu məyusedici susqunluq ABŞ Ədliyyə Nazirliyinə digər mətbut orqanlarına qarşı eyni hücumları təşkil etmək, hücum taktikasından istifadə üçün imkan yaratdı. Təəssüf ki, indi aydın olur ki, Ədliyyə Nazirliyi tərəfindən «WikiLeaks» saytına qarşı tətbiq edilən hücumlar indi Amerikanın digər jurnalistlərinə qarşı da tətbiq edilir. Sayta qarşı bunun ilk açıq forması məhkəmənin tapşırığı ilə oldu. Onlar saytın üç könüllü köməkçisinin «Twitter», eləcə də «Menninq» və «Assanj» akkauntlarına aid olan məlumatları istədilər. Bunlar isə qeyd olunan informasiyaların ötürülməsinin qadağan olduğu fonda baş verirdi. Bu, «Twitter»in nə demək olduğunu anlamayan biri tərəfindən verilmiş qərar idi. Daha sonra «Twitter» xidməti və vəkillər qərarın diapazonunu bir qədər məhdudlaşdıra bildilər. Lakin məsələ ondadır ki, digər internet-xidmətlərlə bağlı analoji qərarlar mövcuddur. «Assoşieyted Press»in şikayətlərindən biri ondan ibarətdir ki, əməkdaşlarının telefonları onların xəbəri olmadan dinlənilib. İndi isə məlum olub ki, «Fox News» kanalının əməkdaşları izlənilir. Bir qədər sonra aydın olub ki, bu izlənmə artıq 4 ildir ki, davam edirmiş.

«Fox News»un əməkdaşı Ceyms Rayzenin elektron poçtundakı məlumatlar ələ keçirilib»
Üç ildir ki, «WikiLeaks» saytı ilə bağlı araşdırma davam edir. Bu prosesdə bizim müəyyən etdiyimiz əsas səbəb kimi, informasiyanın verilməsinə məhkəmə tərəfindən qadağa qoyulmasıdır. Bir çox şirkət bu qədər uzağa gedə bilməzdi. «WikiLeaks» saytı ilə bağlı məhkəmə qərarını aşmağa çalışan hökumət Elektron Məlumatlar Fondu, Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqının məhkəməyə ünvanlanan müraciətlərindən yaxa qurtarmağı bacarıb. «Fox News» kanalının əməkdaşı Cemys Rayzenin elektron poçtundakı məlumatların əldə edilməsi ilə bağlı orderin verilməsi aydınlaşsa da, qalan sənədlər hələ də gizli saxlanılır». Daha sonra təşkilatın məlumatında bildirilir ki, 2010 və 2011-ci illərdə Culian Assanjın işini digər jurnalistlərdən ayırır, ona daha çox casus kimi baxırdılar. Baxmayaraq ki, o, nəhəng Amerika jurnalist təşkilatlarının gördüyü işi görərək, ictimai maraqlar naminə gizli informasiyaları yayıb: «Rozenin işinə gəldikdə isə hökumət bildirir ki, onun fəaliyyəti «kəşfiyyat zabitinin işinə çox oxşayıb», o da «informasiya mənbəyinə kəşfiyyatçı kimi yanaşıb», «əlaqə üzrə gizli plan» tərtib edib.

«ABŞ hökuməti müasir jurnalistikanı
casusluqla eyni tutur»


Bu ifadələr ötən il Nümayəndələr Palatasının Hüquq komitəsində keçirilən dinləmələrdə «New York Times» qəzetinin əməkdaşı Devid Sanqerə ünvanlanan ittihamları xatırladır. Həmin vaxt Sanqeri casusluqda ittiham edərək bildirirdilər ki, o, sistematik şəkildə Ağ Evə sızmağı bacarıb və bunu xarici agentlər kimi kifayət qədər effektli üsullarla həyata keçirib. Danışıq dilinə diqqət etsək, görərik ki, hökumət söhbətin «WikiLeaks» saytından gedib-getməməsindən asılı olmayaraq müasir jurnalistikanı casusluqla eyni tutur. Ədliyyə Nazirliyi Assanjın işində elə «şahid», «dəlil» tapmaq istəyir ki, guya Culian informasiya əldə etmək üçün Menninqi «tələyə» salıb və ondan müvafiq sənədləri «tələb» edib. Ancaq belə olan halda Assanjı casusluq maddəsi ilə ittiham edə bilərlər. Hökumətin nəzdində Rozen «gizli danışıqların iştirakçısı», Stiven Kim isə «informasiya axınını təmin edən şəxs»dir. Ədliyyə Nazirliyi və Federal Tədqiqatlar Bürosu əmin edirdilər ki, onların hər ikisinin casusluqla bağlı qanunun tələblərinin pozmaları ilə bağlı kifayət qədər fakt var. «New York Times» qəzetinin keçmiş hüquq məsləhətçisi Ceyms Qudeyl Culian Assanj, Ceyms Rozen və «New York Times» qəzetinin bir əməkdaşına qarşı irəli sürülən «casusluq məqsədilə sövdələşmə» ittihamını və «jurnalist fəaliyyətinin həyata keçirilməsi məqsədilə sövdələşmə» kimi xarakterizə edib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info