AHİK: Son beş ildə 983 nəfər işə bərpa edilib
Tarix: 05.02.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Son 5 il ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv təşkilatlara 786 min 484 ərizə və şikayət daxil olub. Bu, AHİK-in 2013-2017-ci illər ərzində gördüyü işlərə dair hesabatında əksini tapıb. Müraciətlərin 6,4 faizi işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olub. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həllini tapıb. Əmək hüquqlarının pozulmasına dair AHİK və üzv təşkilatlara 5 il ərzində daxil olan 18916 müraciətin 3145-i işə bərpa ilə əlaqədardır. Onların həlli ilə bağlı 97 məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər işinə bərpa edilib.
İşdən çıxarılma ilə bağlı işəgötürənlər tərəfindən həmkarlar ittifaqlarına daxil olan 9088 müraciətdən 3103-nə razılıq verilməyib və işçilər işlərini davam etdiriblər.
Son 5 il ərzində AHİK-ə və üzv təşkilatlara daxil olan ərizələrin əksəriyyətini maddi yardımla bağlı müraciətlər təşkil edib və onların da hamısı həmkarlar təşkilatları tərəfindən müsbət həll edilib.
Ümumiyyətlə,  hesabat dövrü ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə 1 milyon manat maddi yardım göstərilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
İnam Kərimov: “Kooperativlərdə birləşən fermerlərə daha çox subsidiya ayrıla bilər”
22.11.2018
“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək
22.11.2018
Bakı Metropolitenindən yenilik
22.11.2018
Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq
22.11.2018
Geniş tərkibdə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info