AHİK-in V qurultayı işə başlayıb 
Tarix: 05.02.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak edirlər.
Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Səttar Mehbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlar imzalamasına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər qonaqlar çıxış edərək təbriklərini çatdırıblar.
AHİK-in sədri, Milli Məclisin deputatı S.Mehbalıyev hesabat məruzəsi ilə çıxış edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info