Şimal rayonlarında modul tipli məktəblərin sayı 35-ə çatacaq
Tarix: 05.02.2018 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


2018-2019-cu tədris ilinin başlanmasına kimi şimal rayonlarında inşa edilən modul tipli məktəblərin sayı 35-ə çatacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il ərzində Azərbaycanın şimal rayonlarında 12 modul tipli məktəb inşa edilərək şagirdlərin istifadəsinə verilib. Qusar və Xaçmaz rayonlarının hər birində dörd belə təhsil ocağı tikilib. Quba və Şabran rayonlarının hər birində isə iki modul tipli məktəb inşa olunub. Yaxın günlərdə Xaçmazın Əzizli kəndinin şagirdləri də yeni məktəbdə təhsil alacaqlar. Buradakı ibtidai məktəb üçün binanın tikintisi başa çatmaq üzrədir.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, 2018-ci ildə şimal bölgəsinin altı rayonunda ümumilikdə 22 yeni modul tipli məktəbin tikintisi həyata keçiriləcək. Dövlətimizin başçısının Sərəncamına əsasən Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı üçün dövlət büdcəsindən 6 milyon 870 min manat vəsait ayrılıb. Yeni tikiləcək 22 məktəbdə ümumilikdə 1500-ə yaxın şagirdin keyfiyyətli təhsil alması üçün hər bir imkan yaradılacaq. Bu məktəblərin 8-i Qubada, 4-ü Xaçmazda, 4-ü Qusarda, 3-ü Şabranda, 2-si Siyəzəndə, biri isə Xızı rayonunda inşa olunacaq.
2018-ci ildə tikiləcək 22 modul tipli məktəblərin inşası 2018-2019-cu tədris ilinin başlanmasına kimi yekunlaşacaq. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olmaları ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Fərhad Əmrahov bildirib ki, modul tipli məktəblərlə yanaşı, bu il Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün 432 şagird yerlik yeni binanın tikintisi də həyata keçiriləcək. Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin binasının isə əsaslı təmiri nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info