“Ermənistan müstəqil siyasət aparmaq qabiliyyətini itirib”
Tarix: 05.02.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçirilib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Səfər zamanı səfir Elin Süleymanovun Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya yetişdirən biznes inkubatorların nümayəndələri ilə keçirilmiş görüşlərində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların yaratdığı imkanlar, qeyri-neft sektorunun inkişafı üçün iqtisadiyyatın əsas sektorları və yüksək texnologiyaların daha da inkişafı məsələləri müzakirə edilib.
Bundan əlavə, E.Süleymanov Tafts Universiteti və Massaçusets Texnologiya İnstitutunda qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıb, bu qurumlarla ölkəmizin təhsil müəssisələri arasında mümkün tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Səfər çərçivəsində həmçinin Massaçusetsin Azərbaycanlı və yəhudi icması ilə görüşlər də keçirilib.
Bundan başqa, Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı Xarici Əlaqələr üzrə Boston Şurası və "WorldBoston"un birgə təşkilatçılığı ilə eksklüziv "Union Club"da konfrans keçirilib və həmin tədbirdə səfir E.Süleymanov mövzusunda "Azərbaycan Avrasiyanın Strateji Kəsişməsində" çıxış edib. 150-dən çox biznes, akademik, yerli siyasi-ictimai dairələrin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan diplomatı ölkəmizin uğurla apardığı regional siyasət, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın böyük dəstəyi, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, ölkə daxilində aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı, habelə ölkəmizin 20% torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasının yaratdığı təhlükəsizlik problemləri və Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin hazırkı vəziyyətindən bəhs edib.
Massaçusets erməni diasporunun ən fəal olduğu ştatlardan biridir və onların nümayəndələri də konfransa gələrək digər iştirakçılarla yanaşı səfir Süleymanova suallar verib. Öz cavabında Azərbaycan diplomatı münaqişə nəticəsində Ermənistanın bütün iri regional layihələrdən kənarda qaldığı, müstəqil siyasət aparmaq qabiliyyətini itirdiyini xatırladıb, ABŞ-dakı erməni diasporunu öz ideoloji çərçivələrindən daha geniş baxmağa, Ermənistanın gələcəyini və onun regionda yerini düşünməyi tövsiyyə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info