“Ekologiyamızı öyrənərək,qoruyaq”
Tarix: 05.02.2018 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Gülnar Hüseynlinin rəhbərliyi ilə həyata keçirilən “Ekologiyamızı öyrənərək,qoruyaq” adlı layihənin Sumqayıt və Bakı şəhərlərində təlimləri keçirilmişdir. İlk öncə layihə rəhbəri Gülnar Hüseynli gənclər fondunun gənclərə yaratdığı geniş imkanlardan söhbət açmış, təqdim olunmuş layihələrdən faydalanan minlərlə gəncin olduğunu qeyd etmişdir. Ardınca gənclərə təqdim olunan təlimçi Arzu Nəbizadə əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan və bu gün layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin gənclərə yaratdığı imkanlardan, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun bu siyasətə verdiyi töhfələrdən, onların önəmindən söhbət açmışdır. İlk təlimi Sumqayıt şəhər 11 nömrəli məktəbdə keçilən “Ekologiyamızı öyrənərək,qoruyaq” adlı layihənin də gənclər fondu tərəfindən dəstəklənən minlərlə layihədən biri olduğunun gənclərə çatdırıldığı təlimlərdə onlarla gəncə ekologiya haqqında məlumat verilmiş, ekologiyanın biosferin sferalarında yaranan ekoloji problemləri müzakirə olunmuşdur. Ekoloji problemlər, onların aradan qaldırılma yollarından əlavə qarşısının alınması və zərərlərin minimuma endirilməsi istiqamətində də məlumat alan gənclər əyləncəli oyun vasitəsi ilə təlimin mövzusunu daha yaxşı mənimsəmiş, layihədən razı qaldıqlarını bildirmiş, belə layihələrin sayca çox olmasını arzulamışlar. Təlimin sonunda gənclər təlimçi Arzu Nəbizadəyə mövzu haqqında və Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondu barədə suallar ünvanlamış onların bu sualları ətraflı cavablandırılmışdır. Gənclər Fonduna özlərinin də layihələr verə biləcəyini öyrənən gənclər layihə rəhbəri Gülnar Hüseynliyə və təşkilatçılara təşəkkürünü bildirmişdir. Tədbirin sonunda layihə rəhbəri Gülnar Hüseynli maliyyə dəstəyinə görə Azərbaycan Prezident yanında Gənclər fonduna, təşkilatı dəstəyə görə Binəqədi rayon Gənclər evinə, təlimçi Arzu Nəbizadəyə, fəal gənclərdən Nicat Cəbrayılova , Elnur Hüseynova. İslam Səmədova və bütün iştirakçılara minnətdarlığını bildirmişdir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info