“Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq”
Tarix: 24.05.2013 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevarnadze və Türkiyə Prezidenti Süleyman Dəmirəlin birgə səyləri olmasaydı, Bakı-Tiflis-Ceyhan layihəsi baş tutmazdı”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Meydana çıxan təhlükəsizliyin çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO Tərəfdaşlıq konfransında çıxışında deyib. Onun sözlərinə görə, Gürcüstan neft və qaz resurslarının nəqlində çox önəmli rol oynayır: “Gürcüstan o zaman neftin Supsadan nəqlində israrlı ola bilərdi, lakin anladı ki, bütün region üçün neftin Gürcüstan və Türkiyə ərazisi ilə, sonradan isə Aralıq dənizi ilə Ceyhan limanından nəqli daha məqsədəuyğundur və bununla da neftin Bosfor körfəzindən daşınmasına ehtiyac duyulmadı”. Enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışan səfir xatırladıb ki, gələn ay “Nabucco West” və TAP layihələri arasında seçim ediləcək və bundan sonra Azərbaycanın qazı Avropaya nəql olunacaq: “Qaz boru kəməri seçiləndən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha da mühüm rol oynayacaq. Amma biz enerji təhlükəsizliyindən danışırıqsa, o zaman enerji platformalarının, kəmərlərin terror və hərbi hücumlardan qorunması üçün səylər göstərməliyik. Amma enerji təhlükəsizliyinə yalnız terrorçulardan qorunmaq nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Həmçinin enerji infrastrukturunu zəlzələlərdən, kiberhücümlardan, kompyuter viruslarından da qorunmaq lazımdır. Çünki bunların hər biri enerji təhlükəsizliyinə zərər yetirə bilər”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info