ADU mühüm müqavilələr imzalayıb
Tarix: 05.02.2018 | Saat: 18:37:00 | E-mail | Çapa göndər

Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələri genişlənməkdədir. Dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edən bu nüfuzlu ali təhsil müəssisəsi bu günlərdə daha bir neçə universitet ilə müqavilələrə imza atıb.
ADU ilə Ukraynanın Kiyev Milli Linqvistik Universiteti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vasko imzalayıblar. Müqavilədə iki nüfuzlu ali təhsil müəssisəsi arasında təhsil və elm sahələrində uzunmüddətli əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, akademik, elmi və mədəni əlaqələrin qurulması nəzərdə tutulur.
İmzalanma mərasimində ADU-nun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Yeni Azərbaycan Partiyası ilə birgə 2018-ci ilin aprel-may aylarında keçirməyi planlaşdırdığı “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans barədə də söhbət açılıb. R.Vasko rəhbərlik etdiyi universitetin həmin tədbirdə iştirak edəcəyini bildirib. Qeyd edilib ki, konfransın 10-a qədər ölkədə keçiriləcək bölmə iclaslarından biri də Kiyev Milli Linqvistik Universitetində təşkil olunacaq.
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura isə fevralın 2-də imza atıb. Ölkəmizin bu nüfuzlu ali təhsil müəssisəsi ilə Belarusun Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsini ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova imzalayıblar.
Mərasimdə çıxış edən ali məktəb rəhbərləri imzalanmış müqavilənin tərəflər qarşısında geniş imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, bu sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, professor-müəllim heyətinin ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini, birgə elmi nəşrlərin hazırlanmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların və s. təşkilini nəzərdə tutur.
Minsk Dövlət Linqvistik Universitetinin rektoru N.Baranova ADU-nun təşkilatçılığı ilə keçiriləcək, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı konfrans barədə məlumatlı olduqlarını və Təşkilat Komitəsinin razılığı olacağı təqdirdə bu möhtəşəm konfransın bir bölməsinin iclasını da Minskdə, rəhbərlik etdiyi universitetdə təşkil etməyə hazır olduqlarını deyib.
Azərbaycan xalqının ümummilli liderinin xatirəsini əziz tutduqlarına görə belaruslu həmkarlarına minnətdarlığını bildirən akademik K.Abdulla Təşkilat Komitəsinin sədri kimi bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.
Professor N.Baranova Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmaq istədiklərini də vurğulayıb. Bu işdə ADU-nun köməyini əsirgəməyəcəyini qeyd edən rektor K.Abdulla rəhbərlik etdiyi universitetdə də belarus dili və mədəniyyəti mərkəzinin yaradılacağını deyib. Daha sonra K.Abdulla belaruslu həmkarına “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.
Təkliflər imzalanma mərasimi iştirakçıları tərəfindən də maraqla qarşılanıb.
Tural

Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb

    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info