Dəm qazından necə qorunmaq lazımdır?
Tarix: 05.02.2018 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Ìşinə məsuliyyətsizlik, insanların həm işdə, həm də şəxsi həyatında ehtiyatı əldən verməyi, ani bir diqqətsizlik bəzən insan həyatı üçün ciddi təhlükə yarada bilər. Dövlət və özəl müəssisələrdə işə götürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaratmaqla insanların təhükəsiz işləmələri təmin edillir (Bunu etməyərək, qanunun tələblərini pozanlar da yox deyil).
Lakin işdən kənar şəxsi həyatda biz öz təhlükəsizliyimizi qorumaq üçün zəruri olan qayda - qanunlara əməl etməliyik. Necə ki nəqliyyatın hərəkət etdiyi yolla piyada getmək, qoruyucu çəpəri olmayan təmir - tikinti gedən binanın altından keçmək, istifadə müddəti keçmiş qida məhsulunu yemək, yayda dənizə çimməyə spirtli içki qəbul edib getmək insan həyatı üçün təhlükəli ola bilər, eləcə də qaz qoxusu gələn otağın işığını yandırmaq çox təhlükəli olduğunu bilmək lazımdır.
Təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar Nurəliyev deyir ki, yalnız işığı yandırmamaqla iş bitmir.  
Açıq oddan istifadə etmək, elektrik cihazlarından hətta mobil telefondan istifadə etmək lazım deyil. Onun sözlərinə görə, qaz təhlükəsi hiss edilən zaman qapı-pəncərələri açmaq, cərəyanı ayırmaq, FHN-nin 112 qısa çağı mərkəzinə məlumat vermək, digər insanları bacardıqca məlumatlandırmaq lazımdır: "Unutmayın ani bir ehtiyatsızlıq sizin həyatınız üçün təhlükəli ola bilər".
Ekspert izah edir ki, dəm qazı dadsız, rəngsiz və iysiz olduğundan onu hiss etmək olmur. Ancaq dəm qazından zəhərlənmənin əlamətləri vardır: "Ürəkbulanma, qusma, baş ağrısı, baş gicəllənməsi daha ağır formada olduqda qıcolma və hətta adam komaya düşə bilər. Dəm qazından zəhərlənən adama ilk tibbi yardım onu çölə təmiz havaya çıxarmaq, əynində sıxıcı paltar varsa, yaxasını açmaq, alnına soyuq kompres qoymaq, arxası üstə uzatmaq, qollarını ovuşdurmaq əgər vəziyyəti ağırdırsa, şüuru özündə deyilsə, süni nəfəs vermək və naşatır spirti qoxlatmaq lazımdır. İlk tibbi yardım göstərməklə bərabər təcili tibbi yardımı çağırmaq lazımdır".
Onun sözlərinə görə, dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Odunun yanmasından da dəm qazı yarana bilər: "Yanma düzgün getdikdə ayrılan dəm qazı karbon qazına çevrilərək boru vasitəsilə xaric olur. Yanmanın düzgün getməməsinə səbəb kustar üsulla düzəldilmiş qaz sobaları, onların borularında yaranan ara məsəfəsi, qırıq və çatlardır. Bunun üçün qaz sobalarını alarkən sertifikatlaşdırılmış sobaları almaq lazımdır. Evdə olan sobaların təmirə ehtiyac olub-olmadığını yoxlamaq, ildə azı iki dəfə boruları təmizləmək, ümumiyyətlə, evin havasını gündə üç dəfə dəyişmək, hamam otaqlarında nəfəsliyin olmasına diqqət etmək lazımdır".

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info