“Bu il ATGTİ öz fəaliyyət planını daha da genişləndirəcək”
Tarix: 05.02.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


İlkin Mustafayev: “Ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır”
Müsahibimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibi İlkin Mustafayevdir:
-Müsahibəmiz 2 fevral-Gənclər Gününə təsadüf etdi. Bu günü necə dəyərləndirirsiniz?
- Doğrudan da belə bir gündə fikirləri bölüşmək mənə də xoş oldu. Əlbəttə, hər il olduğu kimi, bu ildə bayram əhvali-ruhiyyəsindəyik və belə bir dəyərli bayramı yüksək səviyyədə qeyd etmək bizim üçün fəxrdir. Bildiyiniz kimi, 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün tarixi 1997-ci ildən başlayır. Heydər Əliyevin 1997-ci ildə qəbul etdiyi sərəncam onun gənclərə göstərdiyi diqqət və qayğının göstəricisi idi. Təsadüfi deyil ki, MDB və Şərqi Avropa ölkələri arasında Gənclər Günü ilk dəfə Azərbaycanda qeyd olunub.
-Tələbə gənclərlə daha çox işləyirsiniz. Bu gün gənclərin, tələbələrin aktivliyi sizi qane edirmi?
-Tam səmimi deyim ki, ilbəil gənclərimizin ictimai işlərdə olan aktivliyi daha da artır. Ümumiyyətlə, bütün ölkələrin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında gənclər mühüm rola malikdir. Həm ölkənin müstəqilliyinin qorunması, həm də dövlətçiliyin daha da inkişaf etdirilməsi baxımından gənclər ölkədə aparıcı qüvvədir. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Azərbaycanda da gənclərin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar yaradılıb. Gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, onların sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır. Təbii ki, gənclər üçün yaradılan bu şərait yalnız şəhərdə yaşayan gənclərə aid deyil. Regionlarda da gənclərin inkişafı üçün müxtəlif şəraitlər yaradılır. Müxtəlif bölgələrdə keçirilən sosial layihələr regionlarda yaşayan gənclərin ictimai fəallığının artırılmasına təkan verir. Azərbaycan dövləti gənclərin yalnız sosial qayğılardan azad olması, ölkənin həyatında aktiv iştirak etməsində deyil, eyni zamanda onların Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında da birbaşa maraqlıdır.

-Azərbaycanda gənclər siyasəti gəncliyin inkişafına hansı formada sirayət edir?
-Bunu bir neçə istiqamətdə hiss etmək olar. Bu gün gənclik hər mənada ölkədə münbit şəraitin şahidi olur. İdman, ictimai işlərdə əlverişli şərait yaradılır ki, gənclərimiz həm intellektual, həm də sağlam şəkildə formalaşsınlar. Ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti, həqiqətən də alqışalayiqdir. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı gənclər siyasətinin əsas istiqamətlərindəndir. Gənclərlə bağlı dövlət proqramlarının həyata keçirilməsi müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hislərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.
-ATGTİ də gənclərin inkişafında öz töhfəsini verən təşkilatlardan sayılır. Fəaliyyətinizi qənaətbəxş hesab etmək olarmı?
-Ölkədə gənclərin inkişafına dəstək olan təşkilatlardan biri də Qafqazın ən böyük tələbə-gənclər təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır (ATGTİ). 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yarandığı vaxtdan tələbələrin maraqlarını təmin etməyi, onların ictimai fəallığını artırmağı, tələbələrin yerli və beynəlxalq tədbirlərdə iştirakını təşkil etməyi qarşıya məqsəd qoyub. İl ərzində ATGTİ müxtəlif tədbirlər, təlimlər, seminarlar, səfərlər təşkil etməklə tələbələrin inkişafı üçün şərait yaradır.
2017-ci ildə də ATGTİ bu ənənəni davam etdirdi. İl ərzində müxtəlif layihələr həyata keçirildi. Məsələn, buna Youthvision-2017 tələbə-mahnı müsabiqəsini, Səyyar Kitabxana layihəsini, ilin sonunda baş tutan “İlin tələbəsi” layihəsini və digər layihələri misal göstərmək olar. Artıq bir neçə ildir baş tutan “Səyyar kitabxana” layihəsi çərçivəsində bölgədə gənclərin mütaliəyə marağının artırılması məqsədilə onlar pulsuz kitablar və elektron vəsaitlərlə təmin edilirlər. Bu addım, regionlarda da gənclərin inkişafında göstərilən dəstəyin nümunəsidir.
Dekabrda həyata keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində ilin yekununda ATGTİ-də fəallıq göstərən gənclər, həmçinin TGT nümayəndələri, keçmiş ATGTİ əməkdaşları mükafatlandırıldı. Bu cür tədbirlərin həyata keçirilməsi gənclərin sosial fəaliyyətə olan marağını daha da artırır.
Təşkilatın tələbələr üçün yaratdığı ən əsas imkanlardan biri də “Tələbə kartı” vasitəsilə şəhərin müxtəlif yerlərində endirimlərdən yararlanma imkanının yaradılmasıdır. Tələbə kartı 2017-ci ildə əməkdaşlıq etdiyi mağaza, restoran və digər obyektlərin sayını artıraraq tələblər üçün daha geniş imkanlar yaratdı. Tələbələr bu kart vasitəsilə endirim olan obyektlərdə kartı təqdim edib endirimlərdən yararlana bilərlər.
2017-ci il ərzində ATGTİ ənənəsinə sadiq qalaraq tələbələrin müxtəlif beynəlxalq tədbirlədə iştirakını da təmin edib. Mərakeş, Koreya, Soçi səfərləri bu səfərlərdəndir. Azərbaycanlı gənclər bu səfərlər çərçivəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Onlar beynəlxalq tədbirlərdə özlərinin xarici həmkarları ilə baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstələyirlər. Bu həm Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, həm də bütün Azərbaycanın uğurudur.
Gənclərimiz hər zaman aktiv ictimai, sosial fəaliyyətləri ilə seçiliblər. Həmçinin, onlar sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan faydalanırlar.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da ötən il gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Bu və növbəti illərdə də ATGTİ öz fəaliyyət planını daha da genişləndirəcək, gənclərin daha aktiv həyat keçirməsi, sağlam düşüncəli gənclərin formalaşması üçün əlindən gələni edəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info