Razmik Petrosyan: “Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb”
Tarix: 05.02.2018 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Ermənistanın əhalisi azalmaqda davam edir


Bu gün Ermənistandan miqrasiya artım tempi ilə davam edir. Belə ki, 2018-ci il yanvarın 1-nə olan rəsmi məlumata görə, Ermənistanın əhalisi 2 milyon 972 min 900 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13.200 nəfər azdır. Bu barədə məlumat verən Ermənistanın Milli Statistika Xidməti 2016-cı il yanvarın 1-dən bəri isə bu azalmanın 25,700 nəfər olduğunu açıqlayıb.
«Bu gün Ermənistanda yaşayan hər bir şəxs üçün ilk növbədə onun təhlükəsiz yaşayışı, iş şəraiti və gəlirin müəyyən təminatları üçün zəmanət olmalıdır. Təbii ki, demoqrafik problem çox kədərli bir vəziyyətdədir və bu təkcə təbii artıma deyil, həm də mexaniki artım həcminin azalmasına səbəb olur». Bu fikirləri «Tert.am» saytına erməni iqtisadçı Atom Marqaryan bildirib: «Məncə, təbii artımın stimullaşdırılması, insanların sağlamlığının yaxşılaşdırılması və ölüm hallarının azaldılması ilə demoqrafik problemi həll etmək mümkün olmayacaq. Burada ciddi proqramlara ehtiyac var. Düşünürəm ki, ilk olaraq. Ermənistanı tərk etmiş insanların geri qaytarılması lazımdır»- deyən erməni iqtisadçının fikrincə, buna ancaq motivasiya, insanlarda Ermənistana maraq yaratmaqla nail olmaq olar: «Hər bir insan yaşadığı ölkədə əldə etdiyi gəlirlərin daha müqayisəli və ya daha yüksək olmasını başa düşməlidir. Məncə, bu gün insanların qaçmasının əsas səbəblərindən biri ölkədəki sərmayənin axını ilə bağlıdır. Əgər son 30 ildə ölkədən çıxarılan 20 milyard kapitalın heç olmasa, bir hissəsi Ermənistana qaytarılarsa, bu halda ölkədən gedənlərin müəyyən hissəsini geri qaytarmaq olar».

Ancaq düşünürəm ki, biz ölkədəki köçü dayandırmağa çalışmalıyıq. Bunun necə çətin məsələ olduğunu mən də anlayıram. Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb. Bu illər ərzində Azərbaycanda əhalinin sayı iki dəfədən çox artıb. Çünki, bizdən fərqli olaraq, orada insanlara dəyər verirlər.

Maraqlıdır ki, bu gün Ermənistanda artmaqda olan miqrasiya ölkədə danışılan ən ağrılı mövzulardan biri olmaqdadır. Məsələn, ermənilərin «1in.am» saytında yer alan yazıların birində özünü Veteranlar İttifaqının üzvü kimi təqdim edən Razmik Petrosyan bu gün ölkədəki siyasi sahənin dağıldığını bildirir: «Mən, parlamentdən kənar qüvvələrin niyyətinin nə olduğunu bilmirəm. Onlar bu məsələləri bizimlə müzakirə etmirlər. Ancaq düşünürəm ki, biz ölkədəki köçü dayandırmağa çalışmalıyıq. Bunun necə çətin məsələ olduğunu mən də anlayıram. Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb. Bu illər ərzində Azərbaycanda əhalinin sayı iki dəfədən çox artıb. Çünki, bizdən fərqli olaraq, orada insanlara dəyər verirlər. Bu gün Ermənistana dağıdıcı siyasət rəhbərlik edir. Ölkədəki inflyasiyanın qarşısını almaq istəməyənlər onu süni şəkildə böyütməyə çalışırlar. 50 faiz paya qane olmayan investorlar da ölkədən qaçmağa üstünlük verirlər».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info