Vaşinqton günahı Ankaranın üstünə yıxmaq istəyir
Tarix: 06.02.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər



Hərbi ekspert Aleksey Lenkov:
“Amerikalıların belə tələsik bəyanat verməsi şübhəlidir”


Məlum olduğu kimi, Suriyanın İdlib şəhərində Rusiyaya məxsus “Su-25” təyyarəsi vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub. Təyyarə səyyar zenit-raket kompleksindən vurulub.
“Həyat Təhrir əş-Şam” (keçmiş “Cəbhət ən-Nüsra”) terror qruplaşması “Su-25” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Astana razılaşmasına əsasən İdlib şəhərinə nəzarət Türkiyənin əlindədir. Təyyarənin də məhz həmin bölgədən vurulması Rusiya ilə Türkiyə arasında münasibətləri pozmağa hesablanmış addım kimi qəbul edilir. Elə Rusiya mətbuatında da bu xətt əsas yerlərdən birini tutur. Rusiya mətbuatı qeyd edir ki, olayın Türkiyənin üzərində qalması Moskva ilə Ankara arasında münasibətləri ciddi şəkildə poza bilər. Amma Rusiya mətbuatı ABŞ Dövlət Departamentinin bəyanatını birmənalı qəbul etmir. Mətbuat yazır ki, ABŞ-ın Suriyada döyüşçülərə təyyarəni vura biləcək zenit-raket kompleksi verməməsini dərhal açıqlaması onların günahı Türkiyənin boynuna yıxmaq məqsədi daşıyır. “RT” məlumat verir ki, Kreml bu məsələ ilə bağlı ciddi araşdırma aparır. Terrorçulara həmin kompleksləri kim verib? Ekspertlər qeyd edirlər ki, həmin kompleksi dövlətlər də verə bilər, silah alverçiləri də. Hərbi ekspertlər “RT”-yə bildiriblər ki, bu haqda dəqiq informasiya vurulmuş təyyarənin incələnməsindən sonra əldə ediləcək. Hərbi ekspert Semyon Baqadasrov bildirib ki, “Cəbhət ən-Nüsra” silahları İdlib sərhədi yaxınlığında əldə edir. Amma onların ciddi maliyyə dəstəyi yoxdur. Belə silahı qara bazar vasitəsilə də əldə etmək mümkündür. “RT” yazır ki, yanvar ayının əvvəlində ərəb KİV-ləri ABŞ-ın gizli planları ilə bağlı məlumatlar yayırdı. Həmin yazılarda qeyd edilir ki, ABŞ bu gün Türkiyənin savaşdığı YPG döyüşçülərinə müxtəlif silahlar, o cümlədən zenit-raket kompleksləri verib. İdlib rayonunda atəşkəsə nəzarət Türkiyənin üzərində olsa da, həmin ərazidə nəzarətdən kənar müxtəlif qruplaşmalar fəaliyyət göstərir. Ötən il Rusiyanın xarici işlər naziri Lavrov bildirmişdi ki, İdlibdə olan qruplaşmalara xaricdən dəstək göstərilir. Bu il yanvar ayının 6-da 13 zərbə-pilotsuz aparatlar vasitəsilə Rusiyanın Hmmeym bazasına hücum təşkil edilmişdi. Həmin hücum da İdlibdən olmuşdu. Amma Moskva həmin vaxt araşdırma nəticəsində olayın Türkiyə ilə bağlı olmadığını aydınlaşdırdı. Daha doğrusu, həmin hadisə Türkiyənin təsirində olan qruplar tərəfindən reallaşdırılmamışdı. Qeyd edək ki, 2005-ci ildə ABŞ-la Rusiya arasında Bratislavada keçirilən görüşdə əldə edilən razılığa əsasən tərəflər zenit-raket komplesklərinin satışına ciddi nəzarət etməklə yanaşı, bir-birinə kimə, nə qədər satmaları ilə bağlı informasiya verməlidir. 2016-cı ildə Barak Obama Pentaqonun zenit-raket kompleksləri ilə bağlı siyasətini tənzimləyən qanun imzalayıb. Həmin qanunla Pentaqon Suriyada döyüşçülərə həmin komplekslər vermək hüququ əldə edib. Ancaq bunun üçün Konqresə məlumat verilməlidir. İndi həmin müddət ərzində Konqresdən kənar Suriyadakı müxtəlif qüvvələrə nə qədər zenit-raket kompleksi verildiyi bəlli deyil. “RT” bir məsələni də xatırladır ki, 1980-ci illərdə amerikalılar sovet əsgərlərinə qarşı istifadə etmək üçün əfqan döyüşçülərə “Stinger”lər verirdi. Əfqanlar onlarda qalan həmin “Stinger”lərdən 2001-ciildən sonra orada əməliyyat keçirən elə amerikalıların özünə, NATO qüvvələrinə qarşı istifadə etdilər. Son təyyarə olayından dərhal sonra ABŞ bəyanat verərək olayla əlaqəsi olmadığını, Suriyadakı müxalif qüvvələrə zenit kompleksi satmadığını açıqladı. Hərbi ekspert Aleksey Lenkov hesab edir ki, amerikalıların belə tələsik bəyanat verməsi şübhəlidir: “Amerikalılar “Stinger”i bir qədər müasirləşdiriblər. Araşdırma nəticəsində təyyarənin hansı tip raketlə vurulduğu aydınlaşacaq”. Ekspert hesab edir ki, həmin kompleks əvvəlcə kürdlərə verilib, daha sonra onların vasitəsilə “Cəbhət ən-Nüsra” terrorçularının əlinə keçib.

Ankara türk hərbçilərin ölümündə ABŞ-dan şübhələnir
Bir maraqlı detalı da qeyd edək ki, Ankara Afrində 5 türk hərbi qulluqçunun ölümündə ABŞ-dan şübhələnir. Afrində Türkiyə tankının ABŞ istehsallı "Javelin" tank əleyhinə reaktiv kompleksindən vurulduğu müəyyən edilib. Türkiyə mətbuatı yazır ki, bundan əvvəl Ankara Birləşmiş Ştatlara "Javelin" komplekslərinin alışı ilə bağlı müraciət etsə də, Vaşinqton bu komplekslərin Türkiyə ordusuna satışından imtina edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info