Çində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb
Tarix: 06.02.2018 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Çinin paytaxtı Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub. Bununla bağlı keçirilmiş mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Çin rəsmiləri iştirak edib. Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişaf etdiyini, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,2 milyard ABŞ dolları olmaqla, 43 faiz artdığını vurğulayıb. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir. Şahin Mustafayev qeyd edib ki, Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli olacaqdır. Bildirilib ki, nümayəndəlik ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunması və müxtəlif məsələlərlə bağlı Azərbaycan sahibkarlarına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir. Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar. Ümumiyyətlə, Azərbaycanın Çin Xalq Respublikası ilə yanaşı, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələri fəaliyyət göstərir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info