UNEC-də “Açıq qapı” günü
Tarix: 06.02.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə rektor, professor Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak edib. “Açıq qapı”ya daxil olan müraciətlər əsasən imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Qəbulda həmçinin UNEC-in rektorunun hər ayın birinci şənbə günü keçirilən “Açıq qapı” günündə iştirak edən vətəndaşların da müraciəti dinlənilib. Müraciətlərin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qaydalara uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyatı strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qəbuldan sonra qış imtahan sessiyasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. E.Əliyev sessiya dövründə Şura üzvlərinin prosesi yaxından izlədiklərini bildirərək, imtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. E.Eyvazlı sessiya dövründə xüsusi olaraq rektorun hər həftə müraciətləri dinləməsini müsbət hal adlandıraraq, “Açıq qapı” günlərinin UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynadığını bildirib. S.Qarayeva isə UNEC-in “Qaynar xətt” xidmətinin fəaliyyətinə diqqət çəkərək, yalnız sessiya boyunca deyil, il ərzində tələbələrin qarşılaşdıqları hər hansı bir problemlə bağlı müraciət edə biləcəkləri xidmətin olmasını müsbət dəyərləndirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info