Sumqayıtda ümumi daxili məhsulun həcmi 30 faizdən çox artıb
Tarix: 06.02.2018 | Saat: 12:31:00 | E-mail | Çapa göndər


2016-cı illə müqayisədə 2017-ci ildə Sumqayıtda ümumi daxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olub. Sənaye müəssisələrində məhsul istehsalı 34 faiz artaraq 1 milyard 81 milyon manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilib, artım tempi 16,8 faiz təşkil edib. Kapital qoyuluşunun 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 12 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında keçirilən 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında danışılıb.
Yığıncaq il ərzində şəhərdə sosial-iqtisadi inkişafı, aparılan abadlıq-quruculuq işlərini əks etdirən filmin nümayışı ilə başlayıb.
Hesabat məruzəsi ilə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu olub. Dövlətimizin başçısı il ərzində iki dəfə Sumqayıta səfər edərək bir sıra sənaye və sosial-mədəni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Belə ki, şəhərdə Bayraq Muzeyi, YAP-ın şəhər təşkilatı üçün yeni binası, Kimyaçı Mədəniyyət Sarayı, əhalinin asudə vaxtının rahat və səmərəli keçirilməsi məqsədilə 9-cu mikrorayon ərazində Lüdviqshafen parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
Bildirilib ki, ötən il Kimya Sənaye Parkında illik istehsal gücü 30 min ton olan süni sürtkü yağları, istehsal gücü 30 min ədəd olan yüksək təzyiqədavamlı birləşdiricilərin istehsalı, 145 çeşiddə quru formada 13 min ton, maye halında 57 min ton istehsal gücünə malik pestisidlər zavodu, müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiyanın təhlükəsizliyinin təmin olunması xidməti göstərən Data Mərkəz, 67 mVt gücündə yarımstansiya istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6901 yeni iş yeri açılıb. Bu da 2016-cı illə müqayisədə12 faiz çoxdur.
Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə evlərin tikintisi davam etdirilir. Bununla yanaşı, şəhərin müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılıb. İlin əvvəlindən Metallurq, Sülh küçəsindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba magistralına qədər 4 kilometr uzunluğunda yol yenidən əsaslı şəkildə təmir olunur, yolun hərəkət hissəsi genişləndirilir. Həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar yeni su ötürücü kanalizasiya xətti çəkilir. Bir neçə küçədə avtomobil yoluna yeni asfalt örtüyü salınıb. Şəhərdə 450 yaşayış binasının üstü yüksək keyfiyyətli metal kirəmitlə örtülüb. Həmçinin ötən ilin noyabr ayından növbəti 100 binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Bu işlərin cari ilin birinci rübün sonunadək başa çatdırması nəzərdə tutulub. “Lift Servis” Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündür mərtəbəli binalarda istismar müddətini ötmüş liftləri dəyişmək üçün 105 lift alınaraq şəhərə gətirilib.
Hesabat məruzəsində təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təminatı ilə əlaqədar görülən işlərdən, nəqliyyat və rabitə xidmətlərində də ətraflı bəhs olunub.
Çıxışlarda 2017-ci ildə görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov çıxışında ölkədə həyata keçirilən iqtisadi islahatlardan, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Sumqayıt şəhərində də uğurla reallaşdırılıb. Proqramda nəzərdə tutulan tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi sayəsində şəhər son illər inanılmaz dərəcədə dəyişib, müasirləşib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Hesabat yığıncağında Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov da iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info