Özbəkistan mətbuatında Azərbaycana dair yeni müsabiqə elan olundu
Tarix: 06.02.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Müsabiqədə birinci nominasiya -“Azərbaycan Xalq Cümhuriyyəti - 100” müəyyən edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə 2013-cü ildən keçirilən Azərbaycan haqqında qardaş ölkə mətbuatında “İlin ən yaxşı məqalə” müsabiqəsi uğurla davam etdirilir. Qeyd edək ki, layihəyə Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkilati dəstək göstərilir.
Artıq keçirilən müsabiqələr nəticəsində Özbəkistan mətbuatında hər il Azərbaycana dair, habelə ikitərəfli dostluq əlaqələri haqqında yüzlərlə məqalə dərc olunur. Sözügedən ənənə bu il də davam etdirilir.
2018-ci il üzə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib: Müsabiqəyə il üzrə aktual məsələlərə dair bir çox nominasiyalar daxil edilib.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncam, müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ildə yaradılmış ilk demokratik Cümhuriyyətin - Azərbaycan Xalq Respublikasının 100 illiyinin Azərbaycanda geniş qeyd olunacağını nəzərə alaraq birinci nominasiya -“Azərbaycan Xalq Cümhuriyyəti - 100” müəyyən edilib.
Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elmi – tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək göstərməyi planlaşdırır.
2018-ci ildə müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin tamam olmasını nəzərə alaraq “Heydər Əliyev: Azərbaycan- Özbəkistan dostluğu” adlı nominasiya builki müsabiqəyə daxil edilib.
“Bildiyimiz kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bakı prosesi mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi ilə irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. 2008-ci ildən etibarən hər iki ildən bir dünyanın çoxsaylı dövlətlərinin təmsilçilərinin, nüfuzlu xadimlərin iştirak etdiyi “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyini və bu il bu tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkandır” adlandırılıb.
Azərbaycan-Özbəkistan dostluğunun, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətinin, əvəzolunmaz turizm imkanlarının Özbəkistanın televiziya kanallarında təbliği məqsədi ilə bu ilki nominasiyasının biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” təyin edilib. Qeyd edək ki, Azərbaycanın milli istehsalının təşviqi, ölkənin istehsal etdiyi məhsullara yeni bazarlar qazanmaq və ölkədə istehsal olunan məhsullarının xaricdə təbliği məqsədi ilə 2018-ci il elan olunan müsabiqədə “Made in Azerbaijan” brendi” adlı nominasiya da daxil edilib. 2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib.
Bu il qeyd olunan istiqamətdə çoxsaylı beynəlxalq və yerli tədbirlərin keçirilməsini nəzərə alaraq, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik Naxçıvan diyarı, Muxtar Respublikanın tarixi, iqtisadiyyatı, mədəni irsi, turizm ehtiyatları və s. barədə Özbəkistan mətbuatında “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya elan edilib.
Bundan başqa, Azərbaycan mövzusuna daha çox müraciət edən və qardaş ölkə mətbuatında gündəmdə tutan, daim dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbu orqanlar (sayt, qazet, jurnal, teleradio kanalı), habelə ilin fəal xadimləri də Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatlarına layiq görüləcəklər.
Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, təcrüməçiləri də qiymətləndiriləcək və onların təltifi nəzərdə tutulub.
Müsabiqəyə hər ilin dekabrında yekun vurulur və qaliblər Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə xüsusi mükafatlara layiq görülür.
Qeyd edək ki, təqdim olunan məqalələr arasında ən yaxşılarını seçmək məqsədi ilə tanınmış jurnalistlər, alimlər, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət xüsusi komissiya yaradılmış və onların yekun rəyi ilə qaliblər müəyyən edilir. Qaliblər xüsusi diplomlar və pul mükafatları ilə təltif edilir”-deyə məlumatda qeyd edilib.
Müsabiqədə iştirak etmək üçün dərc olunmuş məqalə, çap olunmuş kitab, televiziya ekranlarında nümayiş etdirilmiş veriliş, film, videoçarx və s. (bir nüsxə vəsaitin özü və onu hazırlayan şəxs haqqında məlumat (pasport, biqorafiya) Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim oluna bilər. Ünvan: Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Əlaqə telefonu: +99871 293 50 92, Email: culcenter.az@gmail.com, Veb-sayt: http://azculture.uz


Tural




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info