9 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Tarix: 06.02.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib
 
Agentlikdən verilən məlumata görə, uzunluğu 17,5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. 
 
"Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılır. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.        
 
Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarşısından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılacaq. Ümumilikdə yola ikiqat olmaqla 10 sm qalınlığında 100 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək", - deyə məlumatda vurğulanıb.     
 
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.
 
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info