Palçıq vulkanın tədqiqatları aparılıb
Tarix: 06.02.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov və Mirnuh İsmayılov Şamaxı rayonunun Quşçu palçıq vulkanında apardıqları tədqiqatlar barədə məlumat veriblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçı alimlər Quşçu kəndində palçıq vulkanının püskürdüyü ərazini tədqiq edib, yerli sakinlərlə görüş keçiriblər. Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 kilometr cənubda Ləngəbiz silsiləsi üzərində eyniadlı kənddən 150-200 metr şimal-şərqdə yerləşir. Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalıb. Elmi mənbələrə görə, palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, sonuncu isə bu il yanvarın 16-da baş verib. 1992 və 2008-ci illərdəki püskürmə yeraltı gurultu və yanar qazla müşahidə olunub. Yerli sakinlərin məlumatına görə, bu illərdəki püskürmə zamanı alov sütununun hündürlüyü 150-200 metrə qədər qalxıb.
Sonuncu püskürmə gecə saatlarında baş verib, güclü yeraltı gurultu ilə müşahidə olunub, kraterdə qaz alovlanıb. Kənd sakinləri vulkan püskürməsi zamanı lavanın 10 metrə qədər havaya qalxdığını müşahidə ediblər. Tədqiqat zamanı müəyyən olunub ki, lavanın uzunluğu 150-200 metr olmaqla 30-35 santimetr qalınlığa malikdir.
Çöl tədqiqatı zamanı müəyyən olunub ki, 100 ildə dəfələrlə vulkan püskürməsi nəticəsində ətrafdakı ərazilərdə tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşıb. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərib. Vulkanın lava sərhədləri yaxınlığında istər əkin sahələrində, istərsə də vulkana yaxın həyətyanı sahələrdə kənd təsərrüfatı bitkilərində məhsuldarlıq çox aşağıdır.
Vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsində məlum olub ki, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.
Qeyd edilib ki, seysmik proseslər palçıq vulkanlarının püskürməsində mühüm rol oynayır. Tədqiq olunan palçıq vulkanı da seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə də bu vulkanın daha güclü püskürməsi ehtimalı vardır. Bütün bunlar nəzərə alınaraq Quşçu kənd ictimaiyyəti ilə görüş zamanı kəndin yaxınlığında olan palçıq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə maarifləndirmə işi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info