“Aprel şəhidi”nin qızı Türkiyəyə dəvət edildi
Tarix: 06.02.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Cəvahir Əhmədova: “Zeynəb qızımıza deyin ki, onun atasına yazdığı məktubu ünvanına çatmışdır”
Tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının ikinci hissəsi çapa hazırlanır. Kitabda Azərbaycan Ordusunun zabiti, “Aprel şəhidi” Vaqif Bayramovun qızı Zeynəbin gündəliyindən bir hissə də oxuculara təqdim olunur.
Kitabın müəllifi deyir ki, o, çox istəyərdi ki, bu məktub bütün dillərə tərcümə olunsun, Ermənistanı, terroru dəstəkləyən prezidentlərə, dövlət başçılarına göndərilsin...
Məktubun Aida Eyvazlı tərəfindən sosial şəbəkələrdə paylaşılması böyük səs-səda doğurub. Buna cavab olaraq Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova Zeynəb Bayramlını Türkiyəyə dəvət edib. Belə ki, dərnəyin həyata keçirdiyi “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi çərçivəsində Türkiyə səfər edəcək şəhid övladların arasında Zeynəb Bayramlı da olacaq. “Zeynəb qızımıza deyin ki, onun atasına yazdığı məktubu ünvanına çatmışdır. Biz onu səbirsizliklə Türkiyədə gözləyirk”, deyə Cəvahir Əhmadova bildirib.
Qeyd edək ki, layihə çərçivəsində azərbaycanlı şəhid övladlarının Türkiyə dövlətinin rəhbərliyi ilə görüşü də nəzərdə tutulub. Zeynəb Bayramlıya öz məktubunu birbaşa Türkiyə rəsmilərinə və şəhid övladlarına oxumaq üçün imkan yaradılacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info