Naxçıvanda səhiyyənin aktual problemləri müzakirə edilib
Tarix: 06.02.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Muxtar respublikada gələcəyimiz olan uşaqlara xidmət edən tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi pediatrik xidmətin səviyyəsinin yüksəlməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, neonatoloji aspektləri” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Paytaxt Bakı şəhərinin səhiyyə ocaqlarının yüksəkixtisaslı mütəxəssisləri və muxtar respublika tibb müəssisələrinin həkimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, bu gün muxtar respublikada müasir xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir.
Qeyd edilib ki, muxtar respublikada uşaqların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, yoluxucu xəstəliklərə qarşı peyvəndlərin vurulması və digər mühüm sağlamlıq tədbirləri daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə səhiyyənin inkişafı barədə danışan Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının mütəxəssisi, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim-psixiatrı, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov əhalinin sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlərin insanların həyat keyfiyyətinin yüksəlməsinə önəmli təsir göstərdiyini qeyd edib. O, elmi forumun yeni müayinə və müalicə üsullarının tətbiqi sahəsində əldə olunan nailiyyətlərin diqqətə çatdırılması və qazanılan təcrübənin mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Peyvəndlər: müasir yanaşma” mövzusundakı çıxışında Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrası, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim-pediatrı, tibb elmləri üzrə fəlsəfə doktoru Nigar Sadiyeva bildirib ki, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır. Qızılca, məxmərək, vərəm kimi infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvəndlərin vurulması vacibdir.
Yüksəkixtisaslı həkimlər - “Bakı Medical Plaza” Klinikasının Neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov “Yenidoğulmuşlarda sarılıqlar”, klinikanın həkimi Aqil Abilov “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin uşaq nevropatoloqu Rima İbadova “Autizm-nevroloq gözü ilə” mövzularında çıxış ediblər.
Konfransda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
X X X
Elmi-praktik konfransda iştirak edən yüksəkixtisaslı həkimlər Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında humanitar tibbi aksiya keçirərək tibbi müayinələr aparıblar.
Aksiya zamanı uşaqlar müxtəlif tibbi müayinələrlə əhatə ediliblər. Yerli şəraitdə diaqnozu aydın bilinməyən xəstələrin diaqnozu müəyyənləşdirilib, dispanser qeydiyyatına götürülüb, onların sonrakı müalicəsinə göstərişlər verilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iki gün davam edən aksiyada 429 uşaq tibbi müayinə olunub. Bu cür aksiyaların təşkili balaca pasiyentlərin valideynləri tərəfindən minnətdarlıqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info