Növbəti hərrac keçirilib
Tarix: 06.02.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 6-da keçirilən hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.
Bugünkü hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşdirilən əmlak Nərimanov rayonundadır. Ümumi faydalı sahəsi 17 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 120 kvadratmetr olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Bu əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.
Hərracda müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətlər, kiçik dövlət müəssisələri özəlləşdirilir. Bununla yanaşı, prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşdirilən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara “BMW”, “Fiat”, “Chevrolet”, “KIA”, “Nissan” kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək kifayətdir.
Funksionallığı ilə seçilən Elektron hərracın tətbiqi özəlləşdirmə prosesini daha da sürətləndirir. Sistemin köməyilə istənilən şəxs, ölkə daxilində və ya xaricində olmasından asılı olmayaraq, istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Bununla da özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır.
Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların bu prosesə cəlb edilməsinə imkan verir.
Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri komitənin rəsmi səhifəsi olan “emdk.gov.az”, eləcə də “privatization.az” saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.
Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə “Təsdiqetmə bildirişi” təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmışa qədər bitməlidir.
Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də “facebook”dakı rəsmi səhifə və “privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar, əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac fevralın 13-də keçiriləcək. Hərraca çıxarılan əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325 keçidindən istifadə etməklə tanış olmaq olar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info