“İrəli” Azərbaycanı virtual məkanda daha yaxşı tanıtmağa çalışır
Tarix: 06.02.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsi baş tutacaq.

Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihənin uğurla reallaşacağı gözlənilir: “Hazırki dövr internet dövrüdür və bu səbəbdən də insanlar bütün məlumatları internet üzərindən əldə edirlər. Hər bir dövlətin əsas marağı ölkə maraqları olmalıdır və ölkə haqqında informasiyanın geniş auditoriya çatdırılması üçün internet əsas vasitədir. Hər bir xalq öz mədəniyyətini və dəyərlərini qorumaq borcundadır. Bu gələcək nəsillər üçün informasiya müharibəsində və xalqın milli dəyərlərinin qorunmasında vacib addımlardan biridir. Beləliklə, beynəlxalq arenada Azərbaycanın tarixi, onun mədəniyyəti, tarixi abidələri və digər sərvətinin düzgün təbliği və çatdırılması hər bir Azərbaycan vətəndaşının borcudur. Bütün bunları nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi “Virtual Məkanda Azərbaycan” layihəsini keçirməyi planlaşdırır. Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır”.
Layihə müddətində müəyyən edilən seçim kriteriyaları əsasında iştirakçı gənclər seçiləcək, onlara müxtəlif mövzularda peşəkarlar tərəfindən təlimlər keçiriləcək, multiplayer qrupları formalaşdırılacaq. Daha sonra peşəkarların təcrübəsindən yararlanan gənclər ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcək. Təşkilatın mətbuat xidmətindən bildirilib ki, dünya statistikasına nəzər saldıqda Azərbaycanın bu informasiya müharibəsində müəyyən qədər geridə qaldığının şahidi oluruq. Layihənin ana məqsədi vikipediada məlumatları çoxluğuna nail olmaqdır.

Layihədə “Araşdırma texnologiyası”, “Vikipediya təlimləri”, “Sosial şəbəkələrdən səmərəli istifadə”, “Məqalənin düzgün yazılma qaydaları”, “Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, həmçinin İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info