Putinin prezidentliyə namizədliyi qeydə alınıb
Tarix: 06.02.2018 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı prezident Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qeydiyyat vəsiqəsi V. Putinin etibarlı nümayəndəsinə təqdim edilib.
 
V. Putin seçkiyə hər hansı siyasi partiyanın namizədi kimi deyil, öz qərarı ilə qatılıb. Qeydiyyat üçün azı 300 min seçicinin imzası tələb olunduğu halda, V. Putinin lehinə 1,6 milyondan çox imza toplanıb. Lakin yoxlanıldıqdan sonra 314 min imza MSK-ya göndərilib. İmza vərəqələri digər sənədlərlə birlikdə yanvarın 19-da MSK-ya təqdim olunub.
 
Qeyd edək ki, prezident seçkiləri martın 18-də keçiriləcək. Artıq Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının namizədi Pavel Qrudinin namizəd kimi qeydə alınıb. Onlar parlament partiyaları tərəfindən irəli sürüldüyü üçün imza tələb olunmurdu. Daha 5 namizəd - Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Sergey Baburin və Boris Titov qeydiyyat üçün gözləyir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info