«Armenianreport»: ”Rusiyada işləyənlərin göndərdiyi pul olmasa, ermənilər acından ölər”
Tarix: 06.02.2018 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


“2017-ci ildə 25 144 nəfər erməni Rusiya vətəndaşlığı alıb”


Bu gün miqrasiya hesabına Ermənistanın kütləvi olaraq xarabalığa çevrilməsi hakim rejimə də sərf edir. Belə ki, hakimiyyətdən narazı qalanlar ölkəni tərk etsələr də, onların xaricdən qan və tər bahasına əldə edib Ermənistandakı yaxınlarına göndərdikləri sərmayələr «Ermənistan iqtisadiyyatı»nın inkişafına «böyük töhfələr» verir.
Beləliklə, Ermənistan Mərkəz Bankı ötən il fiziki şəxslər tərəfindən ölkəyə pul köçürmələrinin təqribən 1 milyard 064,9 milyon dollar olduğu barədə məlumat yayıb. Maraqlıdır ki, əsasən, Rusiyadan daxil olan sərmayələrin ötən illərlə müqayisədə 18,7 faiz artdığını bildirən bank statistiklərinin sevinci o qədər də başa düşülən deyil. Ermənilərin «armenianreport» saytı vəsaitin qeyri-kommersiya məqsədləri üçün göndərildiyini bir daha xatırlatmağa çalışır:” Bu, o deməkdir ki, göndərilən sərmayə dövlət iqtisadiyyatına qoyulacaq investisiya kimi başa düşülməməlidir. Bu pulları xaricdə işləyənlər Ermənistanda qoyub getdikləri doğmalarına göndərirlər. Məhz bu dəstəyin sayəsində Ermənistanın yüz minlərlə sakini aclıqdan qurtulur.
Bankın Rusiyadan pul köçürmələrinin artması barədə dediklərinə gəlincə isə, burada hər şey göz önündədir. Məsələ bundadır ki, son yarım il ərzində əmək qabiliyyətli əhalinin əksəriyyəti Ermənistandan, demək olar ki, qaçıb. Təbii ki, biz bir müddət bundan əvvəl Ermənistandakı demoqrafik vəziyyətlə bağlı yazdıqlarımızı təkrarlamaq niyyətində deyilik. Sadəcə olaraq, onu xatırladacağam ki, təkcə ötən 2017-ci ildə Rusiyada qeydiyyatdan keçən Ermənistan vətəndaşlarının ümumi sayı 314 662 nəfərdən artıq olub. 25144 nəfər erməni isə Rusiya vətəndaşlığını təkcə ötən ildə alıb. Buyurun, bu da sizə ötən il Rusiyadan Ermənistana pul köçürmələrinin 18,7 faiz artdığına dair məntiqi izah”.
Saytın yazdığına görə, Rusiyada çətin şəraitdə işləyən ermənilər hər cür mərhumiyyətlərlə üzləşmək məcburiyyətində qalırlar. Onlar aldadılırlar, alçaldılırlar, bütün hüquqlarından məhrum edilirlər, lakin onlar qan və tər hesabına əldə etdikləri sərmayələri Ermənistanda qoyub getdikləri yaxınlarına göndərirlər. Amma ölkəyə göndərilən sərmayələri ölkə iqtisadiyyatının tərəqqisi kimi qələmə verən Sərkisyan rejimi xaricdəki ermənilərlə, sadəcə olaraq, maraqlanmır. Sayt bunları yazarkən, özündən yeni Amerika açmadığını, xaricdə işləyəib Ermənistana sərmayə köçürmələrinin hakimiyyət üçün daha sərfəli olduğunu bildirir. Sayt ilk olaraq əsas kimi,
hakimiyyət orqanlarının ölkədə qalan əhalinin saxlanılması məsuliyyətini özlərindən azad etdiklərini göstərir: « Deməli, bu gün Ermənistanda yeni iş yerlərinin açılmasına, təqaüdlərin, məvaciblərin artırılmasına heç bir ehtiyac yoxdur. Çünki əmək qabiliyyəti olan insanların əksəriyyəti xaricdə işləyir. Onların Ermənistana göndərdikləi köçürmələrin miqdarı nə qədər çox olarsa, bu halda ölkədə pərakəndə ticarət dövriyyəsinin artması da çox olacaq.
Axı Ermənistana göndərilən pulları saxlamırlar. Bu pullar daha çox ərzaq və tələbat mallarına xərclənir. Bu mallar isə daha çox Sərkisyana yaxın oliqarxlara məxsusdur».
Sayt ikinci əsas kimi isə , əmək qabiliyyətli əhalinin ölkədən köçməsini hökumətin ürəyincə olduğunu, ona daha çox fayda verdiyini bildirir: «Çünki bu halda Ermənistanın özündə narazı olan kütlənin sayı xeyli azalmış olur. Deməli, narazıların Ermənistandan getməsi, Sərkisyan üçün də rahatlıq yaradır. Qeyd edilməlidir ki, Sərkisyanın prezidentliyi dövründə, yəni 2008-ci ilin mart ayından bəri Ermənistanı 400 min nəfərdən artıq insan tərk edib. Maraqlıdır ki, gedənlərin əksəriyyəti daha çox ölkə rəhbərliyindən narazı qalanlar olub. İndi özünüz ölkə rəhbərliyindən narazı qalan kütlənin ölkədə qalacağı halda rejimin necə olacağını təsəvvür edin. Şübhəsiz ki, Sərkisyan indi olduğu kimi özünü «sərbəst» hiss edə bilməzdi. Bütün bunlara baxmayaraq, Sərkisyan və onun ətrafı Ermənistandan belə bir miqyasda miqrasiyanın demoqrafik bir fəlakətə gətirib çıxardığına diqqət etmirlər. Axı bu gün yalnız yüksək ixtisaslı kadrlarla, ziyalılarla yanaşı, gənclər də ölkədən qaçırlar. Bunları görüb, 10-15-ildən sonra Ermənistanda nəyin qalacağını düşünmək çox qorxunc görünür. Lakin hakimiyyət isə öz ampluasındadır. Onun məntiqinə görə, əhalisi az ölkədə qanunsuzluq yaradaraq zənginləşmək daha asandır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info