Seçkiqabağı təşviqatın başlama vaxtı məlum oldu
Tarix: 06.02.2018 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə sədr Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Prezidentin sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi məsələsinə baxılıb və Komissiyanın qərarı ilə seçkilər 2018-ci il aprelin 11-nə təyin olunub. İclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Təqvim Planına əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması üçün ərizələr MSK-ya seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək təqdim edilməlidir. Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər. Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Bu proses də martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq MSK tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək başa çatacaq. Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub. İclasda, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib. Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib
12.12.2018
143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib
12.12.2018
Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info