Əmək bazarı sahəsindəki islahatlar müsbət nəticə verib
Tarix: 06.02.2018 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfransda çıxış edərək deyib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru QayRayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də təəssüf ki, bu transformasiya dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir.
AHİK sədri qeyd edib ki, qlobal iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu aradan qaldırmağa imkan verdiyi halda, iqtisadiyyatın daxili mexanizmləri kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, genişmiqyaslı sosial təcridolunmaya səbəb olur. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb. Dünya əhalisinin cəmi 27 faizi səviyyəli sosial müdafiə ilə əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir. Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar.
S.Mehbalıyevbildirib ki, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2017-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib. AHİK sədri daha sonra vurğulayıb ki, ölkə Prezidenti tərəfindən 2017-ci il oktyabrın 9-da “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb.Bu planın icrası nəticəsində mərhələ ilə 1 milyon qeyri-rəsmi məşğul olanların formal sektora cəlb olunması hədəfə alınıb. Qeyd etmək lazımdır ki, tədbirlərin icrasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da yaxından iştirakı nəzərdə tutulub.
Çıxışının sonunda S.Mehbalıyev bildirib ki, Azərbaycan Respublikasının məşğulluq və əmək bazarı sahəsində aparılan islahatlar nəticəsində əldə etdiyi nailiyyətlər nəzərə alınaraq ölkəmiz BƏT tərəfindən BMT-nin 2030 Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.
Bununla əlaqədar 2018-ci il mayın 21-də Bakıda BƏT-in Baş direktoru QayRayderin iştirakı ilə 8-ci Davamlı İnkişaf Məqsədlərinin icrasına həsr edilmiş “Davamlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu konfransın işində yaxından iştirak edəcək və ona öz töhfəsini verəcək.Konfrans bölmə iclasları ilə işini davam etdirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info