Moldovada NATO-Rusiya toqquşması riski
Tarix: 06.02.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Kişinyova səfər edən Rumıniya müdafiə naziri iki ölkənin birgə hərbi batalyon yaratdığını elan edib. Bu isə rumın-NATO ordusunun Moldova ərazisində yerləşməsi üçün əsas yaradılması deməkdir

Moldova ilə Rumıniyanın birləşməsi istiqamətində ardıcıl addımların atılması regionda yeni siyasi vəziyyət yarada bilər. Bu vəziyyət Dnestryanı bölgəsi ilə bağlı məsələnin həllinə də təsir edəcək. Rusiyanın nəzarəti altında olan bölgənin yenidən Moldovanın nəzarətinə qayıtması müşkül görünür. Çünki Moldovanın birləşmək istədiyi Rumıniya NATO üzvüdür. Keçmiş sovet ölkələrindən birinin NATO üzvü olan ölkə ilə birləşməsi Rusiya və ümumiyyətlə region üçün bir sıra ciddi çağırışlar ortaya qoyacaq. Moskva nüfuz dairəsi hesab etdiyi bölgənin NATO dairəsinə keçməsinin qəbul etməyəcək və bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək. Bir çox ekspertlər hesab edir ki, Kremlin strateqləri Moldovada keçiriləcək parlament seçkilərinə böyük ümid bəsləyir. Yəni, əsas strategiya parlament seçkilərində hazırkı dövlət başçısı Dodonun lideri olduğu Sosialistlər Partiyasının üstünlük əldə etməsidir. Bu halda Moldova-Rumıniya birləşməsinin qarşısını almaq mümkün ola bilər. Əks halda region ciddi şəkildə toqquşma meydanına çevriləcək.

Dodon: “Rumıniya ilə birləşmə məsələsi dövlətçiliyn məhv edilməsi deməkdir. Dünyanın heç bir başqa ölkəsində bizim ölkədə olan separatizm tendensiyası yoxdur. Heç bir ölkədə hökumət dövlətçiliyn məhv edilməsinə imkan verməz. Dəhşətli haldır ki, Moldova hökuməti buna heç bir reaksiya vermir”

Çünki Rumıniyanın Moldovadakı siyasi-iqtisadi-hərbi varlığı hər keçən gün bir qədər də artır. İş o yerə gəlib çatıb ki, artıq Moldova ordusunun rəhbərliyi Rumıniya müdafiə nazirinə raport verir. Bunun təsdiqləyən faktlardan biri də Rumıniya müdafiə naziri Mixay Fiforun Kişinyova səfəridir. Moldova parlamentinin üzvü Boqdan Çırdya “Nezavisimaya qazeta”ya açıqlamasında rumın nazirin səfərini belə xarakterizə edib: “Moldova ordusunun yoxlamağa gəlib”. Fifor iki ölkənin birgə hərbi batalyon yaratdığını elan edib. Bu isə rumın ordusunun Moldova ərazisində yerləşməsi üçün əsas yaradılması deməkdir. Xatırladaq ki, bundan öncə Moldovanın 10 böyük kəndi Rumıniyaya birləşmə ilə bağlı deklarasiya elan edib. Moldova dövlət başçısı İqor Dodon hesab edir ki, həmin deklarasiyanı imzalayanlar Moldova dövlətçiliyinin ləğv edilməsinə çağırış etdikləri üçün onlar haqqında cinayət işi başlanmalıdır: “Rumıniya ilə birləşmə məsələsi dövlətçiliyn məhv edilməsi deməkdir. Dünyanın heç bir başqa ölkəsində bizim ölkədə olan separatizm tendensiyası yoxdur. Heç bir ölkədə hökumət dövlətçiliyn məhv edilməsinə imkan verməz. Dəhşətli haldır ki, Moldova hökuməti buna heç bir reaksiya vermir”. Dodon ölkə prokurorluğu və hökumətinə müraciət edərək, belə bir deklarasiyanın qanunlara zidd olduğunun aydınlaşdırılmasını tələb edib. Deputat Boqdan Çırdya hökumətin səssizliyi rumın pasportları ilə izah edib. Onun sözlərinə görə hökumətə başçılıq edən Andrian Kandu, hakim koalisiyanın koordinatoru Aladimir Plaxotnyuk, Konstitusiya Məhkəməsinin əksər üzvü Rumıniya dövlətinin pasportuna sahibdir: “Bütün nazirliklərdə, o cümlədən Müdafiə Nazirliyində belə şəxslərin sayı çoxdur. Təhlükəsizlik və İnformasiya Xidmətində rumın müşavirlər və Rumıniya pasportu daşıyan moldovalı mütəxəssislər çalışır. Moldovada çoxdandır ki, Rumıniyaya latent inteqrasiya prosesi gedir. Qanunvericilik sistemi Rumıniyaya uyğunlaşdırılır, dövlət institutlarının adları qonşu ölkədə olduğu kimi səslənir, ərazi vahidləri də Rumıniyada olduğu kimi “judeçı” adlanır. Kursantlarımız Rumıniyada təhsil alır, ordu qonşu ölkədə olduğu kimi NATO standartları ilə idarə olunur”. Kişinyova səfər edən rumın nazir Fifor birgə batalyonun yaradıldığın elan etməklə yanaşı bildirib ki, həmin batalyonun yerləşəcəyi ərazi müəyənləşdirilir. Fifor bildirib ki, Rumıniyanın Macarıstanla birlikdə yaratdığı TİSA batalyonu modelində birgə hərbi birləşmə yaradılmasını təklif edib. Həmin batalyon fövqəladə hallarda istifadə olunmaq üçün nəzərdə tutulub: “Moldova ilə birlikdə yaradılan birgə batalyonun təyinatı hələ müəyyənləşməyib. Ümid edirəm ki, yaxın müddətdə bu haqda məlumat verəcəyik”. Xatırladaq ki, 2012-ci ildə Moldova ilə Rumıniya arasında hərbi saziş imzalanıb. Həmin saziş faktiki olaraq Moldova ordusunu Rumıniya Baş Qərargahına, dolayı yolla NATO-ya tabe olması deməkdir. Saziş birgə komandanlıq yaradılmasını hava məkanına nəzarət, sülhyaratma əməliyyatlarında birgə iştirak, informasiya mübadiləsi, birgə hərbi təlimlər kimi məsələləri nəzərdə tutur. Mahiyyət etibarilə bu saziş Rumıniya ordusunun Moldovada müddətsiz yerləşməsi üçün hüquqi bazadır. Moldova parlamenti sazişi 2013-cü ildə ratifikasiya edib. Dnestryanı bölgədə hesab edirlər ki, münaqişə yaranacağı halda həmin birgə batalyondan onlara qarşı istifadə olunması nəzərdə tutulub. Moldovanın Daxili İşlər Nazirliyi də Rumıniyanın müvafiq strukturu ilə saziş imzalayıb. Həmin sazişə əsasən ölkə daxilində kütləvi iğtişaşlar yaranan zaman rumın jandarmeriyasının gücündən də istifadə oluna bilər. Rumıniya 2004-cü ildən NATO-nun üzvüdür. Moldova isə neytral dövlətdir. İqor Dodon hesab edir ki, neytral dövlətin NATO üzvü olan ölkə ilə hərbi saziş imzalaması ölkə konstitusiyanın pozulması deməkdir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info