Bu il yeni zavodlar istehsala başlayacaq
Tarix: 07.02.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Niyazi Səfərov: “İstehsal ediləcək məhsulların 70 faizi ixraca yönəldiləcək”

Sənayedə yerli xammaldan istifadə etməklə idxalı əvəz edən istehsal genişləndirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, "Sumqayıt Kimya Sənaye Parkı" MMC və "SOCAR Polymer" MMC-nin birgə təşkilatçılığı ilə "Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda konfrans keçirilib. "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin icrasına həsr olunan konfransda mütəxəssislər, sahibkarlar, elmi-tədqiqat institutlarının və universitetlərin nümayəndələri iştirak edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini və bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın uğurla icra edildiyini vurğulayıb. Bildirilib ki, son illərdə müasir texnologiyalara əsaslanan sənaye müəssisələri fəaliyyətə başlayıb və ixrac potensialı yüksəlib. Nazir müavini "Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş hədəflər üzrə 2017-ci ildə görülmüş işlər, eləcə də 2018-ci ildə həyata keçiriləcək tədbirlər barədə məlumat verib, sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin önəmini diqqətə çatdırıb.

Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb

Niyazi Səfərov deyib ki, bu il 180 min ton istehsal gücünə malik polipropilen və 120 min ton gücə malik Yüksək Sıxlıqlı Polietilen zavodları istehsala başlayacaq. Nazir müavini qeyd edib ki, istehsal ediləcək məhsulların 70 faizi ixraca yönəldiləcək. Bu layihə Azərbaycanda kimya sənayesinin inkişafında lokomotiv rolu oynayacaq ki, bu da kiçik və orta sahibkarlığa təsir baxımından çox önəmlidir. Niyazi Səfərov deyib ki, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb: “Azərbaycanda çox güclü sənaye potensialı var. İqtisadiyyat Nazirliyi hazırda 2018-ci ildə istehsala başlayacaq “SOCAR Polymer” layihəsinin məhsulları üçün potensial istehlakçı axtarır. Artıq 15 şirkətlə danışıqlar aparılır. Sumqayıt Kimya Sənaye Parkında 15 rezident var, bu günlərdə daha 1 rezident qeydiyyata alınıb".

“SOCAR Polymer” üzrə polipropilen qurğusu ilin ikinci rübündə istifadəyə veriləcək
Sonra konfrans öz işini təqdimatların dinlənilməsi ilə davam etdirib. Tədbirdə "SOCAR Polymer"in şöbə müdiri Vüqar Aslanov müəssisənin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanları barədə təqdimatlarla çıxış edib, yeni sahibkarlıq subyektlərinin yaranmasında, iş yerlərinin açılmasında, ixrac potensialının genişlənməsində müəssisənin əhəmiyyətini vurğulayıb. Vüqar Aslanov qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsi üzrə polipropilen qurğusu bu ilin ikinci rübündə istifadəyə veriləcək. O bildirib ki, hazırda zavodda işlərin 97 faiz icra edilib. Apreldə qurğu üzrə sınaq işləri aparılacaq. Cari ilin ikinci rübündə isə polipropilen qurğusu istifadəyə veriləcək: “İlkin mərhələdə bu il 70-71 min ton polipropilen istehsal ediləcək. Gələn il zavod tam gücü ilə fəaliyyətə başladıqda isə illik 180 min ton polipropilen istehsal olunacaq”. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "SOCAR Polymer" MMC ətrafında klasterlərin yaradılması, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov elmi-tədqiqat, ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məruzə ilə çıxış ediblər. Tədbirdə sahibkarların təklifləri müzakirə edilib, sualları cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info