Tərtərdə əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılır
Tarix: 07.02.2018 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Tərtər rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə 10 kilovoltluq hava xətlərində 141 dayaq, 4200 metr naqil, 0,4 kilovoltluq hava xəttində 252 dayaq və 10 min 381 metr köhnə naqil dəyişdirilib, 5117 metr naqil kabellə əvəzlənib. Azad Qaraqoyunlu kəndində hava xətlərinin həyətlərdən keçən hissələrinin kənara çıxarılması üçün 135 ədəd dayaq basdırılıb. 110 kilovoltluq Bərdə-Tərtər hava xəttində təmir işləri aparılıb.
Rayon ərazisində 26 ədəd transformator təmir edilib, 10 ədəd dolaqları yanmış transformator yenisi ilə əvəz olunub, Tərtər şəhərində 9 ədəd, Hacıqərvənd kəndində 6 ədəd, Köçərli kəndində 1 ədəd müasir tipli transformator quraşdırılıb.
35/10 kilovoltluq Sarıcalı yarımstansiyası müasir tələblərə uyğun yenidən qurulub, 2 ədəd 10 mva transformator, həmçinin 35/10 kilovoltluq İsmayılbəyli yarımstansiyasında 1x2,5 mva transformator quraşdırılıb.
35/10 kilovoltluq İsmayılbəyli yarımstansiyada 1 ədəd əlavə transformator quraşdırılıb, çıxış naqilləri dəyişdirilib, yağ açarları əsaslı təmir edilib. Yarımstansiyadan çıxan hava xətlərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün hazırda 110/35/10 kilovoltluq Ağdam rayonunun Təzəkənd yarımstansiyasından 35 kilovoltluq hava xəttinin çəkilişi davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info