Tələbə Gənclər Təşkilatları İttifaqı yeni layihəyə start verib
Tarix: 07.02.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gənclər üçün “İş çərçivəsi” adlı layihəyə start verib.
ATGTİ-dən bildiriblər ki, layihənin əsas məqsədi işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsi qaydaları barədə gənclərin məlumatlandırılması və insan resurslarının idarə olunması sahəsində karyera qurmaq istəyən gənclərə insan resursları əməliyyatlarının qanuni çərçivələri üzrə baza biliklərinin qazandırılmasıdır.
Bu məqsədlə işəgötürənin dövlət qurumları ilə qarşılıqlı münasibətləri mövzusunda altı sessiyadan ibarət təlim proqramı hazırlanıb.
Artıq ATGTİ-nin ofisində Əmək Qanunvericiliyi kursunun “İşə qəbul” mövzusunda ilk sessiyası təşkil edilib. Sessiya çərçivəsində insan resurslarının idarə edilməsinin funksiyaları və rolları, Əmək Qanunvericiliyi sisteminə aid olan anlayışlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq çalışmanın yaş hədləri, sınaq müddəti, əmək şəraitinin şərtləri və onların dəyişdirilməsi, işçinin başqa vəzifəyə keçirilməsi, iş yerləri və işçilərin attestasiyası və digər mövzularda təqdimat, müzakirə və praktiki qrup çalışması metodları ilə təlim keçirilib.
İştirakçılara təlimçilər Səbinə Mustafayeva və Cəmil Hüseynov tərəfindən hazırlanmış Əmək Qanunvericiliyinə dair materiallar toplusu təqdim olunub.
Qeyd edək ki, kursun növbəti sessiyalarının fevral və mart aylarında davam etdirilməsi nəzərdə tutulur.
Layihənin sonunda kurs iştirakçılarının bilik və bacarıqları qiymətləndirilərək, diplomlarla mükafatlandırılacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info