İstiqrazlarla REPO əməliyyatları sürətlə artır
Tarix: 07.02.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi kəskin artıb. İstiqrazların marketmeykeri olan «PSG Kapital» şirkətindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyyatları üzrə 4 müqavilə bağlanılıb. Bu müqavilələr əsasında istiqraz sahibləri aşağı faizlərlə 2,7 milyon dollardan artıq vəsait cəlb ediblər.

Qeyd edək ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına ötən ilin noyabr ayından start verilib. REPO əməliyyatları zamanı SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər.

«PSG Kapital» şirkətindən verilən məlumata görə, indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyatları üzrə ümumilikdə 17 müqavilə bağlanılıb, istiqraz sahibləri 14,4 milyon dollar kredit cəlb ediblər. Bu əməliyyatlardan həm hüquqi şəxslər, həm də istiqrazı olan fiziki şəxslər, adi vətəndaşlar faydalanıblar.

REPO vasitəsilə cəlb edilən vəsaitlərin məbləği 2,8 min dollardan 1,1 milyon dollaradək dəyişir. Bu vəsaitlər 2-22 gün müddətinə götürülüb.

Bununla yanaşı, marketmeyker şirkətində xatırladıblar ki, SOCAR İstiqrazı sahibləri REPO əməliyyatı vasitəsilə təqribən 3 aylıq müddətə də vəsait cəlb edə bilərlər. Burada əsas tələb odur ki, REPO ilə götürülən vəsaitlər faiz ödənişinə 5 gün qalana qədər geri ödənilsin.

Xatırladaq ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi aprel ayının 17-də olacaq. Həmin vaxtadək REPO əməliyyatında iştirak edənlər əldə etdikləri vəsaitləri bu tarixə 5 gün qalana qədər qaytarmalıdırlar. Hazırda fevralın əvvəli olduğunu nəzərə alanda istənilən istiqraz sahibi REPO əməliyyatı edərək 2 aylıq müddətə, illik 3,5% dərəcəsi ilə vəsait cəlb edə bilər.

Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilərlər.

SOCAR istiqrazları ilə REPO əməliyyatının necə aparıldığını bu videodan izləmək olar: https://www.youtube.com/watch?v=46eUW1ywFa8

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info