Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir
Tarix: 07.02.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Ölkəmizin digər bölgələrində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində də pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı tədbirlər görülür. Ötən il ilk dəfə olaraq 101 hektarda pambıq becərən məcburi köçkünlər 174 ton məhsul əldə ediblər. İpəkqurdu üçün yem bazasının yaradılması məqsədilə Taxtakörpü ərazisində 11 min 500 ədəd tut tingi əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində hesabat yığıncağında məlumat verilib.
Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilib. Bildirilib ki, laçınlı məcburi köçkünlər ötən il 1118 hektarda taxıl, 18 hektarda tərəvəz və bostan bitkiləri becəriblər. Sahələrdən 2259 ton taxıl, 16,2 ton tərəvəz, 122,6 ton bostan məhsulları götürülüb.
Diqqətə çatdırılıb ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə, o cümlədən Taxtakörpü və Qayğı qəsəbələrində abadlıq işləri 2017-ci ildə davam etdirilib, ərazidə yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib.
Hesabat dövründə Çıraqlı kənd tam orta məktəbi üçün 350 şagird yerlik yeni məktəb binası inşa edilib, 12 nömrəli məktəbin binası əsaslı təmir olunub. Taxtakörpü ərazisində 57 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolu təmir olunub, Qayğı qəsəbəsi ərazisində 4346 kvadratmetr asfalt salınıb.
Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kilovoltluq hava xətlərində cari təmir işləri görülüb, 9000 metr naqil yenisi ilə əvəzlənib. Obalarda 13 yeni transformator quraşdırılıb, 50 ədəd müxtəlif gücə malik transformator cari, Qarakeçdi və Mişni obalarında 0,4 kilovoltluq elektrik verilişi xətləri əsaslı təmir edilib.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin, Mayis və Sadınlar obalarında yeni subartezian quyuları qazılıb, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunub. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 850 metr hissəsi yenisi ilə əvəz edilib. 37 ailəlik qəsəbədə olan artezian quyularından qidalanan su xətlərinin üzərində bulaqlar tikilərək əhalinin istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılır.
Qeyd edilib ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2017-ci ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 49 səyyar qəbul keçirilib. 3437 nəfərin iştirak etdiyi bu qəbullarda 336 nəfər rayon sakininin müraciəti dinlənilib. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılıb, yerlərdə mümkün olan problemlərin həlli üçün aidiyyəti təşkilatlara göstərişlər verilib.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən Taxtakörpü ərazisində qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda yol, su xətlərinin təmiri, elektrik xətlərinin yenilənməsi, əkinəyararlı sahələrdə texniki bitkilərin əkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması 2018-ci ildə qarşıda duran vəzifələrdəndir.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb, onların problemlərinin həlli məsələlərinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildiriblər.
Tədbirdə 2017-ci ildə rayonun ictimai həyatında fəal iştirak edənlərə fəxri fərman və hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info