Yeni atlas işıq üzü görüb
Tarix: 07.02.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildən bəri davam edən axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı kitabı Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik dizaynda çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən çap olunan nəşrin məsul redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
Atlasın redaksiya heyətinin üzvləri akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri – Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, həmçinin Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitabda mətnlərin rus dilinə tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, ingilis dilinə tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.
Atlas oxuculara iki bölmədə təqdim olunur. Birinci bölmədə tarixi-coğrafi, ikinci bölmədə isə etnoqrafik atlas öz əksini tapıb. Dastanda Naxçıvanla bağlı adıçəkilən yer adlarının hər birinin coğrafi xəritəsi və həmin yerin fotoşəkli də kitaba daxil edilib.
Kitabın ikinci bölməsində etnoqrafik atlas təqdim olunub. Belə ki, adıçəkilən, eyni zamanda qədim dövrlərdə və hazırda Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış bölgələrində istifadə olunan məişət əşyaları, yemək növləri, geyimlər, silahlar, adət-ənənələrlə əlaqəli olan söz və söz birləşmələri, folklor nümunələri müəlliflər tərəfindən bölgədəki işləklilik prinsipi nəzərə alınaraq əlifba sırasına görə atlasa daxil edilib. Xalq yaradıcılığı nümunələrindən “yad oğlu saqalamaqla oğul olmaz”, “oğul dəxi neyləsin, baba ölüb mal qalmasa”, “qız anadan görməyincə öğüt almaz”, “kül təpəcik olmaz” kimi maraqlı nümunələr də daxil olmaqla, 268 söz, söz birləşməsi, ifadə, deyim yer alıb. Atlasın tərtibçilərinin ən böyük zəhməti həm də ondan ibarət olub ki, burada verilən hər bir ifadənin muxtar respublikanın hansı bölgəsində istifadə edilməsi, hazırda işlək olması xəritə əsasında tərtib edilərək atlasa daxil edilib ki, bu, həm oxucuların, həm də bu sahədə tədqiqat aparacaq araşdırmaçıların işini asanlaşdıran əsas cəhət kimi qeyd oluna bilər.
İki il ərzində muxtar respublikanın bütün yaşayış məntəqələrində axtarışlar aparan alimlər, ümumilikdə, 600-dən çox insanla görüşüb, söhbət edib və toplama fəaliyyətini həyata keçiriblər. Kitabın sonunda yaşayış yeri üzrə məlumatçıların – informatorların siyahısı yaşadığı kənd, qəsəbə, şəhər üzrə verilib, həm də həmin şəxslərin təvəllüdü göstərilib.
“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ında, ümumilikdə, 320 xəritə, 100-ə yaxın fotoşəkil öz əksini tapıb. Azərbaycan, ingilis və rus dillərində çapdan çıxan elmi nəşr Naxçıvanşünaslıq və Qorqudşünaslığın öyrənilməsində ən mühüm mənbələrdən biri olacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info