“Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik ölkə və strateji mərkəzdir”
Tarix: 07.02.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


ABŞ-ın Milli Müdafiə Universitetinin dəvəti ilə səfir Elin Süleymanov universitetin Cənub və Mərkəzi Asiya Proqramının müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxış edib. Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.
Elin Süleymanov dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb. Diplomat Azərbaycanın sadə coğrafi məkan deyil, böyük geosiyasi əhəmiyyətə malik ölkə və strateji mərkəz olduğuna diqqət yönəldib. İştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verib. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olduğunu bildirən səfir bu respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlarından və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən danışıb.
Daha sonra diplomat ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına, həmçinin regionlararası körpülərin qurulmasına əsaslı töhfə verdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın uğurları digər postsovet ölkələrindən fərqli olaraq ölkə rəhbərliyinin strateji baxışı və atdığı müdrik addımlarla əlaqədardır. Ölkəmizi hətta təbii resurslarla zəngin olan bəzi digər dövlətlərdən fərqləndirən əsas amil onun Azərbaycan xalqının rifahına və bütövlükdə regionun gələcəyinə yönəlmiş strateji xəttinin olmasıdır.
Tədbirdə Azərbaycanın uğurlu enerji strategiyası, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb.
Bundan əlavə, diplomat Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışıb və Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsinin tarixi İpək yolunun bərpası baxımından əhəmiyyətinə toxunub.
Daha sonra qeyd edilib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu və ardıcıl siyasət nəticəsində bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayır, hətta qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionun ən müstəqil siyasət yürüdən dövlət kimi tanınır.
Elin Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə danışıb. Həmçinin Azərbaycandakı tolerantlıq mühitinə, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsinə diqqət yönəldib, Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyini bildirib.
Diplomat regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malik olsalar da, onlara münasibət eyni deyil və bu da Azərbaycan cəmiyyətində ölkəmizə və xalqımıza qarşı ikili standartların tətbiq edildiyi təəssüratı yaradır. Səfir Azərbaycanla Ermənistanı müqayisə edərək, Azərbaycanın çoxmillətli və multikulturalizm ideyalarını təşviq edən və öz gələcəyini regionun inkişafında görən dövlət olduğu halda, Ermənistanın monoetnik və öz əməlləri nəticəsində regiondan təcrid olunmuş siyasət yürütdüyünü diqqətə çatdırıb. Bildirib ki, Ermənistan rəhbərliyi hazırda bunu başa düşmür və onun hazırkı siyasəti öz maraqlarını qurban verməkdən ibarətdir. Məhz bu siyasət nəticəsində Ermənistan faktiki olaraq müstəqilliyini itirib.
Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak edib, Azərbaycan-ABŞ tərəfdaşlığını və Azərbaycanın terrorçuluğa qarşı səylərə töhfələrini təqdir edib və səfir Elin Süleymanova Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, həmçinin ölkəmizin xarici siyasətinin digər istiqamətlərinə aid suallar veriblər.
Habelə ABŞ Milli Müdafiə Universitetinin Hərbi Kollecinin region üzrə tədqiqat aparan və ABŞ-ın müxtəlif dövlət strukturlarını təmsil edən bir qrup dinləyiciləri üçün Azərbaycan səfirliyində brifinq keçirilib, yuxarıda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info