Nazir müavini: “İcra olunan reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilənlərin sayı ildən-ilə artır”
Tarix: 07.02.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Fondunun (UNICEF) erkən uşaqlıq dövrünün inkişafı üzrə müşaviri Deepa Grover və inklüziv təhsil üzrə mütəxəssisi Nora Şabani ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin fəaliyyət istiqamətləri və ayrı-ayrı ölkələrin müvafiq qurumları, habelə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən dövrdə nazirliklə UNICEF arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən nazir müavini 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində görülən birgə işlərin uşaqlarla bağlı sosial xidmətlər sisteminin təkmilləşdirilməsində əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanan “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” da uşaqlarla bağlı sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması üçün vacib istiqamətləri özündə əhatə edib. UNICEF-in təklif və tövsiyələri əsasında nazirlik tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya hazırlanıb.
Nazir müavini icra olunan reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilənlərin, o cümlədən uşaqların sayının ildən-ilə artdığını söyləyib. Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin inklüziv təhsil imkanlarına malik olmaları üçün ölkəmizdə həyata keçirilən fəal dövlət siyasəti və həmin sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilib. Həmin təbəqədən olanların təhsildən ayrılmadan reabilitasiya tədbirlərinə cəlb edilmələri, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb.
Deepa Grover və Nora Şabani sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyayönümlü sosial xidmətlərlə təminatı, habelə inklüziv təhsil imkanlarının genişləndirilməsi istiqamətində aparılan işləri yüksək dəyərləndiriblər.
Bu ilin martında UNICEF tərəfindən ölkəmizdə həyata keçirilən 2016-2020-ci illər üzrə ölkə Proqramının aralıq qiymətləndirilməsinin həyata keçiriləcəyi bildirilib. Həmin prosesdə nazirlik tərəfindən milli konteksdə həyata keçirilən yeniliklərin, o cümlədən iqtisadi-sosial inkişaf prioritetlərinə və davamlı inkişaf məqsədlərinə dair öhdəliklərin, UNICEF-in 2018-2020-ci illər üzrə Strateji Planının da müzakirə ediləcəyi diqqətə çatdırılıb.
Görüşdə UNICEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə Proqramının icrası sahəsində ötən dövrdə görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info