Lütfi Zadəyə həsr edilmiş simpozium keçirilib
Tarix: 07.02.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


ABŞ-ın Berkli Kaliforniya Universitetində süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar” mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpozium Berkli Universitetinin elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin maliyyə dəstəyi, Lütfi Zadənin davamçısı və ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovanın təşkilatçılığı ilə keçirilib.
Berkli Universitetinin mühəndislik fakültəsinin dekanı, professor Şankar Şasti, elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin kafedra müdiri professor Ceyms Demmel, professor Şahnaz Şahbazov Lütfi Zadənin elmi fəaliyyəti, pedaqoji xidmətləri haqqında geniş məlumat veriblər.
Simpoziumda təxminən 80 elm işçi və professor iştirak edib. Dəvət olunan professorlar arasında ABŞ-ın Texas, Corciya, Vaşinqton, Vircinia ştatlarından, Braziliya, Meksika, Rumıniya, Kanada və Avstraliyadan alimlər, habelə Kaliforniyanın San-Xose, San-Fransisko, Berkli və digər universitetlərinin professorları, BİSC laboratoriyasının üzvləri və Kaliforniyadakı Azərbaycan cəmiyyətinin üzvləri olublar.
Çıxış edənlər Lütfi Zadənin dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıb, onu “Dünyanın həqiqi elm vətəndaşı” adlandırıb, alim haqqında xatirələrini bölüşüblər.
Tədbirdə professor Lütfi Zadənin elmi fəaliyyəti haqqında film nümayiş etdirilib. Simpozium işini başa çatdırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info