FAO: “Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulmasını dəstəkləyirik”
Tarix: 07.02.2018 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Azərbaycanda meşə təsərrüfatının inkişafına həsr olunmuş tədbir keçirilib.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, təşkilat Azərbaycanda dayanıqlı meşə təsərrüfatını qurulmasını dəstəkləyir. M. Çakmak Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) həyata keçirdiyi layihə barədə də məlumat verib. O bildirib ki, layihə mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır: “Layihə çərçivəsində cəlb ediləcək beynəlxalq və yerli mütəxəssislərin köməyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına meşələrin qiymətləndirilməsi və monitorinqi sisteminin operativləşdirilməsi və s. sahələr üzrə təlim keçiriləcək”.
M Çakmak qeyd edib ki, layihə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası ilə bağlı Paris sazişindən irəli gələn öhdəliklərini icra etməsinə köməklik göstərəcək: “Qeyd etməliyəm ki, Azərbaycan Paris sazişinə qoşulmaqla 2030-cu ilə kimi 1990-cı ilə nisbətdə istilik effekti yaradan qaz tullantılarının 35 faizə qədər azaltmaq öhdəliyini götürüb”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev son illər Azərbaycanda ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, ölkədə meşələrin ümumi sahəsi 1 milyon 21 min hektardır. Bu isə ölkə ərazisinin 12%-ni təşkil edir.
Tədbir çıxışlarla davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info