Volodin rusiyalı turistlərə Azərbaycana səyahət etməyi də tövsiyə edib
Tarix: 07.02.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


“Bizə Azərbaycanın tarixi, müasir həyatı və Rusiya-Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi ilə tanışlıq imkanı yaratdıqlarına görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Rusiya və Azərbaycan xalqları dünyanı və vətənimizi faşizmdən birgə müdafiə ediblər. Bu gün bizim dostluğumuz inkişaf edir, möhkəmlənir. Bugünkü sərgidə qonşumuz Azərbaycanın əldə etdiyi nailiyyətlərlə tanış oluruq”.
Bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib. Sərginin əhəmiyyətindən danışan Rusiya parlamentinin spikeri bildirib ki, belə tədbirlər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir: “Digər ölkələr də Dumada öz sərgilərini keçirəcəklər. Azərbaycan ilk ölkə oldu”.
İkitərəfli münasibətlərdən və parlamentlərarası əlaqələrdən danışan V. Volodin vurğulayıb ki, Rusiya və Azərbaycan mövqelərini bir-birinə yaxınlaşdırır: "Biz ölkələrimizin mövqelərini bir-birinə yaxınlaşdırırıq. Ölkələrimiz arasındakı münasibətlərin əsası prezidentlərimizin qərarları ilə qoyulub. Parlamentlərin vəzifəsi isə bu qərarların qanuni təminatını həyata keçirməkdir. Ona görə də, həmkarım Oqtay Əsədov və digər azərbaycanlı parlamentarlarla birlikdə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu gün sərgi bir daha sübut edir ki, bizim xatırlamağa, müzakirə etməyə və gələcək üçün planlar qurmağa çox şeyimiz var. Biz o ölkələrik ki, ümumi tariximiz və ümumi gələcəyimiz var”.
V. Volodin rusiyalı turistlərə Azərbaycana səyahət etməyi də tövsiyə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info