ADU Moskva Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Tarix: 07.02.2018 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universiteti (ADU) dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb. Fevralın 7-də MDB məkanında aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik Universiteti  (MDLU) ilə əməkdaşlıq müqaviləsi imzalanıb. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla, ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri professor Məmməd Əliyev, MDLU-nun rektoru professor İrina Krayeva, eləcə də adıçəkilən universitetin rəhbər işçiləri və professor-müəllim heyətinin iştirak etdiyi mərasimdə rektorlar universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında müqaviləyə imza atıblar.
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru K.Abdulla sözügedən sənədin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, universitetlər arasında tədris və elmi əlaqələrin geniş spektrini əhatə edən müqavilədə tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin təhsilə, o cümlədən də ali təhsilə qayğısını xüsusi vurğulayan akademik K.Abdulla ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib, ADU-da görülən işlərdən ətraflı söz açıb. Rektor K.Abdulla 2018-ci ilin aprel-may aylarında Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş və 10-dan artıq ölkə universitetlərinin də qatılacağı beynəlxaq konfransa hazırlıq işləri barədə də ətraflı məlumat verib.
Rəhbərlik etdiyi ali məktəb, onun tarixi və bu günkü fəaliyyəti haqqında xoş sözlərə görə qonaqlara təşəkkürünü çatdıran MDLU-nun rektoru professor İ.Krayeva imzaladıqları müqaviləyə böyük ümidlər bəslədiyini, bu sənədin Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Bakılı həmkarlarının hazırladıqları konfrans barədə ətraflı məlumat aldıqlarını deyən rektor bu yüksək əhəmiyyətli tədbirin bir bölməsini də rəhbərlik etdiyi universitetdə keçirməyə hazır olduqlarını bəyan edib.
Ulu öndərin xatirəsini əziz tutduqlarına görə moskvalı həmkarlarına minnətdarlığını bildirən akademik K.Abdulla konfransın Təşkilat Komitəsinin həmsədrlərindən biri olaraq MDLU-da da bir bölmənin təşkili ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini deyib və professor İ.Krayevadan Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi üçün razılıq verməsini  xahiş edib. Öz növbəsində professor İ.Krayeva təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.
Xanım İ.Krayeva bildirib ki, rəhbərlik etdiyi universitet MDB-yə üzv ölkələrin dilləri və mədəniyyətləri üzrə baza təşkilatıdır və bu məkanda humanitar profilli aparıcı ali məktəbləri əhatə edən geniş şəbəkəyə malikdir. Görüşdə ADU-nun da həmin şəbəkəyə daxil olmasının qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət baxımından faydalı olacağına əminlik ifadə olunub. Akademik K.Abdulla ADU-nun bu qurumla əməkdaşlıq etməyə və bu istiqamətdə zəruri addımlar atmağa hazır olduğunu bildirib.
Daha sonra qonaqlar universitet həyatının müxtəlif sahələrinə rəhbərlik edən əməkdaşlarla görüşüb söhbət ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info