ADPU-da Ağsaqqallar Şurası yaradılacaq
Tarix: 07.02.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaşlı müəllim və əməkdaşlarla görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ADPU-da yaradılacaq Ağsaqqallar Şurası ilə bağlı müzakirə aparmaq olub.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, yaşlı nəslin nümayəndələri ilə belə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həyatımızda cəmiyyətin bütün təbəqələrinin öz yeri və rolu var. Yaşlı nəslin nümayəndələrinin həyat təcrübəsinə, bilik və bacarığına həmişə ehtiyac duyulur. Eyni zamanda yaşlı nəslə diqqət və qayğı göstərmək olduqca vacibdir. ADPU-da yaşlı müəllim və əməkdaşların təşkilatlanması qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza səmərəli təsir edə bilər. Buna görə də ADPU-da Ağsaqqallar Şurasının yaradılması məqsədəuyğundur. Ağsaqqallar Şurasında uzun müddət universitetdə layiqincə çalışmış, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, cəmiyyətdə ictimai nüfuza, yüksək mənəvi keyfiyyətlərə malik müəllim və əməkdaşlar təmsil olunacaqlar. Ağsaqqallar Şurasında həm də təqaüdə çıxmış müəllim və əməkdaşlar təmsil olunacaqlar. Yaşlı nəslin təcrübəsi, müdrikliyi gənc nəsil üçün çox önəmlidir. ADPU-nun həyatımızda müstəsna yeri, strateji rolu var. Yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaq bizim əsas vəzifəmizdir. Bununla yanaşı, biz respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməli, ölkəmizin inkişaf etməsinə, dövlətimizin güclənməsinə öz töhfələrimizi verməliyik. Tələbə-gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasını genişləndirmək vacibdir. Sizin universitetimizin inkişafı, həmçinin ölkə əhəmiyyətli məsələlərlə bağlı fikir, təklif, tövsiyə və məsləhətləriniz böyük fayda verə bilər.
Görüşdə çıxış edən professor Vilayət Əliyev, professor Ədalət Fərəcov, professor Nailə Verdizadə, professor Minarə Dadaşova və başqaları Ağsaqqallar Şurasının yaradılmasını müsbət qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Çıxış edənlər Ağsaqqallar Şurasının yaradılması və fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bölüşərək Şuranın ADPU-da mənəvi mühitin saflaşdırılmasına, həyata keçirilən quruculuq işlərinə, islahatlara, yeniliklərə dəstək verəcəklərini vurğulayıblar.
Görüşdə Ağsaqqallar Şurasının yaradılması ilə bağlı tərkibinə təcrübəli və nüfuzlu müəllim-alimlərin daxil edildiyi İşçi qrup yaradılıb. Görüşə yekun vuran rektor Cəfər Cəfərov yaşlı müəllim və əməkdaşlara vicdanlı və səmərəli fəaliyyətlərinə görə təşəkkür edib, onlara öz xoş arzularını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info