Yaponiyadan Rusiyaya etiraz
Tarix: 07.02.2018 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Yaponiya Kuril adalarında keçirilən təlimlərə görə Rusiyaya etirazını bildirib. Yaponiyanın xarici işlər naziri Taro Kono bu barədə parlamentin aşağı palatasında büdcə komissiyasının iclası zamanı məlumat verib. Rus hərbçilərinin bildirdiyinə görə, fevralın 11-dək davam edəcək təlimlərdə 2000-dən artıq hərbçi iştirak edir. Hazırda Rusiyanın nəzarətində olan dörd adadan ibarət arxipelaqa Yaponiya da iddialıdır. Yaponiya hökumətinin mövqeyinə əsasən, həmin adalar bu ölkənin ayrılmaz tərkib hissəsidir. Həmin adaların İkinci Dünya müharibəsi nəticəsində keçmiş SSRİ tərəfindən işğal edildiyi bildirilir. T.Kono qeyd edib ki, Rusiyanın bu təlimləri Yaponiyanın mövqeyi ilə qətiyyən düz gəlmir. Nazir bildirib ki, Rusiya ilə problemin tam aradan qaldırılması üçün ərazi mübahisəsinin həll edilməsi və sülh müqaviləsinin imzalanması tələb olunur. Yaponiya hökuməti bu məqsədə çatmaq üçün danışıqları davam etdirməkdə israrlıdır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info