Almaniyada koalisiya sazişi barədə razılıq
Tarix: 07.02.2018 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Angela Merkelin mühafizəkar bloku və Almaniya sosial-demokrat partiyası (ASDP) uzun sürən danışıqlardan sonra yeni hökumətin işinin əsasını təşkil edəcək koalisiya sazişi barədə razılığa gəlib. DPA agentliyinin məlumatına görə, partiyalar, həmçinin nazir portfellərinin paylanması haqqında da razılaşıblar. “Bild” qəzeti yazır ki, ASDP yeni hökumətdə Xarici İşlər Nazirliyinə rəhbərliyi özündə saxlayacaq. Bundan başqa, Maliyyə Nazirliyi xristian demokratlardan (XDİ) sosial demokratların sərəncamına veriləcək. ASDP, eyni zamanda, öz nümayəndəsini əmək və sosial məsələlər üzrə nazir postuna qoyacaq. “Qırmızılardan” isə XDİ-yə İqtisadiyyat Nazirliyi keçəcək və onlar əvvəlki kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Yaxın vaxtlarda Bavariyanın Baş naziri postunu tərk edəcək Xristian-sosialistlər ittifaqının (XSİ) rəhbəri Horst Zeehofer daxili işlər naziri vəzifəsinə təyin olunacaq. XDİ/XSİ və ASDP-nin iştirak etdiyi koalisiya danışıqlarının həlledici raundu demək olar ki, 24 saat davam edib. XDİ idarə heyətinin iclasını Berlində, XSİ isə Münhendə keçirəcək. Hər iki partiyanın vahid parlament fraksiyası da sazişlə bağlı yığıncaq təşkil edəcək. Koalisiya sazişi üzrə səsvermənin keçiriləcəyi XDİ-nin qurultayı fevralın sonuna nəzərdə tutulur. ASDP-də isə vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, 440 min partiya üzvü koalisiya sazişi ilə bağlı rəyini bildirməlidir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info