“Ermənistan ordusu aclıqdan əziyyət çəkir”
Tarix: 07.02.2018 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Aprel döyüşləri vaxtı məğlub olun Ermənistanın Müdafiə Nazirliyi korupsiyaya bataqlığından çıxa bilmir”

Ermənistanın Milli Statistika Xidməti tərəfindən açıqlanan məlumata görə, bu ilin ilk ayında ölkə də bəzi qida məhsulları və qeyri-spirtli içkilərin qiymətlərində ötən ilin son ayı idlə müqayisədə 5,7 faiz bahalaşma qeydə alınıb. Xidmət meyvə-tərəvəzin də qiymətində müvafiq olaraq 10 və 34,3 faiz artım olduğunu bildirib. Bununla yanaşı, ət məhsullarının qiymətində 13,1 faiz, balıq və balıq məhsullarının qiymətində isə 25,9 faiz artım olub. Ötən ilin yanvarı ilə bu ilin yanvar ayını müqayisə edən Milli Statistika Xidməti Ermənistanda istehlak qiymətlərinin 2,7 faiz artdığını bildirib. Təbii ki, heç bir istehsal sahəsi olmayan, ələbaxan bir ölkə üçün bütün bunlar xarakterikdir. Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində olan ölkə olması danılmaz faktdır. “ArmenianReport” saytı yazır ki, Ermənistanda yoxsulluq artsa da, bəzi qurumlar bütünlüklə korrupsiyaya bulaşıb. Sayt belə korrupsiya məkanlarından biri kimi, Ermənistan Müdafiə Nazirliyini göstərir. Yazıda qeyd edilir ki, aprel döyüşləri vaxtı məğlub olun Ermənistanın Müdafiə Nazirliyi korrupsiyaya bataqlığından çıxa bilmir. Sayt erməni ordusunun həmin döyüşdə aldığı acı məğlubiyyətdən sonra, prezident Sərkisyanın qurumda apardığı yerdəyişmələrə baxmayaraq, korrupsiyanın hələ də tüğyan etdiyini yazır: “Bu gün də ölkənin qapalı təşkilatı kimi tanınan Müdafiə Nazirliyində korrupsiya halları azalmayıb. Məsələn, beynəlxalq təşkilatlar Baş Qərargah rəisi Movses Hakopyanın ordudakı satınalmalar hesabına xeyli varlandığını ortaya qoyub. Zarafat deyil, Müdafiə Nazirliyinin satınalmalarının əksəriyyəti 3-4 şirkətlə həyata keçirilir ki, buradan gələn gəlirin əksəriyyəti də Baş Qərargah rəisi Movses Hakopyanın cibinə axır. Qərargah rəisinin himayəsində olan bu şirkətlər Rusiyanın «Spestorq» şirkətindən ordunun ehtiyacları üçün lazım olan mallar alırlar. Dövlət büdcəsi hesabına alınan bu mallar öz əsl qiymətindən 3-4 dəfə baha göstərilir. Təkcə bir il ərzində Hakopyan satınalmalardan 32 milyon rubl qazanc əldə edib ki, bu da 530 min dollardan xeyli çoxdur. Ermənistanın Müdafiə Nazirliyində çalışan yüksək çinli zabitlərin özəl bizneslə məşğul olduqları heç kimə sirr deyil. Onların yüzlərlə hektar torpaq və lüks avtomobillərə sahib olmaları sadə ermənilərdə ikrah hissinin doğurması başa düşüləndir. Orduda aclıqdan əziyyət çəkən, hər cür səfalətlə üzləşən kasıb erməni uşaqlarının vəziyyəti də onlar üçün böyük önəm kəsb etmir. Ermənistan ordusunda korrupsiyaya qarşı mübarizə aparılmır. Çünki korrupsiyanın başında ordunun "beyni" sayılan Baş Qərargah dayanır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info