Azərbaycan beynəlxalq tranzit ölkəyə çevrilir
Tarix: 08.02.2018 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Qəzvin-Rəşt-Astara dəmir yolu xətti istismara verildikdən sonra “Şimal-Cənub” nəqliyyat dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha çox həcmdə ixrac əməliyyatının həyata keçirilməsinə imkan yaradacaq”

“Rusiya və Hindistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün vacib olan infrastrukturun yaradılması məsələsində İrana dəstək verməyə hazırdır”. Bunu “RİA Novosti”yə açıqlamasında Rusiyanın Hindistandakı ticarət nümayəndəsi Yaroslav Tarasyuk deyib.
Ticarət nümayəndəsi müsahibəsində bildirib ki, Rusiya ilə Hindistan arasında ticarət əlaqəsini çətinləşdirən əsas məsələ vaxtla bağlıdır. Belə ki, iki dövlət arasında yük daşımaların 80 faizindən çoxu Sankt-Peterburq limanı vasitəsilə həyata keçirilir: “Bu çətin logistika əlaqəsi vasitəsilə yüklərin daşınması minimum 40 gün çəkir. Bu isə iki dövlət arasında ticarət əlaqələrini inkişaf etdirməyə mane olur. İxracla məşğul olan şirkətlərə bir çox halda Hindistana yüklərin göndərilməsi daha çox vaxta başa gəlir. Bu isə onların rəqabət qabiliyyətini aşağı salır”. Yaroslav Tarasyuk hesab edir ki, belə vəziyyətdə ən yaxşı çıxış yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə etməkdir: “Həmin beynəlxalq nəqliyyat dəhlizinin əsas iştirakçıları olan Rusiya, Hindistan və İran çox maraqlıdırlar ki, dəhliz sürətli şəkildə işə salınsın. Bunun üçün əhəmiyyətli dərəcədə böyük işlər görülür. Fikrimcə, yaxın 5 il ərzində biz beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə işə düşəcəyinin şahidi olacağıq”.

Yaroslav Tarasyuk:
“Belə vəziyyətdə ən yaxşı çıxış yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə etməkdir”


Rusiyanın Hindistandakı ticarət nümayəndəsi qeyd edib ki, faktiki olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi mövcuddur, amma tam güclə işləmək üçün İran ərazisində birbaşa dəmir yolu xətti çəkilməlidir. Həmin xəttin olmaması avtomobil yolu ilə əlavə 300 km məsafə qət etmək deməkdir. “180 km dəmir yolunun çəkilməsinə ehtiyac var. Amma həmin ərazilər İranın çətin dağ landşaftına düşür. İrandan aldığımız məlumatlar görə, həmin xətt üzrə mərhələli şəkildə işlər aparılır. Rusiya və Hindistan, nəqliyyat dəhlizinin işə düşməsi üçün lazım olan infrastrukturun yaradılmasında İrana yardım etməyə hazırdır” - deyə Tarasyuk müsahibəsində qeyd edib. Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Bu dəhliz, eyni zamanda Azərbaycan, İran və Rusiyanın dəmir yolu xətlərinin birləşməsini nəzərdə tutur. İlk mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, sonrakı mərhələdə 10 milyon ton yükün daşınması nəzərdə tutulur. Beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında mühüm rol oynayan dövlətlərdən biri də Azərbaycandır. Dəhlizin tam şəkildə istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi mövqelərini daha da möhkəmləndirəcək. İranın ixrac potensialının artması və Hindistanın ixrac-idxal əməliyyatlarını məhz İran üzərindən həyata keçirməyə çalışması “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin rolunu daha da artırır. Məsələn, ötən ilin 10 ayı ərzində İran yalnız Astara gömrük-keçid məntəqəsindən 1 milyard 206 milyon dollar həcmində ixrac əməliyyatı həyata keçirib. Mallar Azərbaycan üzərindən keçməklə Gürcüstana, Ukraynaya, Rusiyaya, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub.

Rusiyanın Hindistandakı ticarət nümayəndəsi:
“Rusiya, Hindistan və İran çox maraqlıdırlar ki, dəhliz sürətli şəkildə işə salınsın. Bunun üçün əhəmiyyətli dərəcədə böyük işlər görülür. Fikrimcə, yaxın 5 il ərzində biz beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə işə düşəcəyinin şahidi olacağıq”


Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istismara verildikdən sonra “Şimal-Cənub” nəqliyyat dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha çox həcmdə ixrac əməliyyatının həyata keçirilməsinə imkan yaradacaq. Azərbaycan üzərindən malların tranzit olaraq keçməsi onu deməyə əsas verir ki, rəsmi Bakı strateji xətti düzgün müəyyən edib. Rəşt-Astara dəmir yolunun çəkilişi üçün Azərbaycan Prezidentinin göstərişi ilə İrana 500 milyon dollar kreditin verilməsi qeyri-neft sektoruna yatırılan sərmayədir. Yaxın gələcəkdə dövlət büdcəsinə həm kreditin faizi qayıdacaq, həm də istismara veriləcək Rəşt-Astara dəmir yolu ilə həyata keçiriləcək ixrac əməliyyatından əldə edilən tranzit gəlirlər. Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu və Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatıb. Astara rayonunun ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. Rayon ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı logistik mərkəz yaradılacaq. “Şimal-Cənub” dəhlizi çərçivəsində daha bir nəqliyyat-logistika mərkəzi Həştərxan vilayətində, Privoljsk dəmir yolunun Kutum stansiyasında yaradılacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info