“Azərbaycanlı həmkarlarım əmin ola bilərlər ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var”
Tarix: 08.02.2018 | Saat: 05:09:00 | E-mail | Çapa göndər



“1990-cı illərdən sonra Azərbaycanda ciddi problemlər uğurla aradan qaldırılıb. Azərbaycan enerji cəhətdən müstəqil dövlət olub, yoxsulluqla mübarizədə uğurlu proqram həyata keçirib. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında onun dahi atası, müasir Azərbaycan dövlətinin banisi tərəfindən əsası qoyulmuş yolla müvəffəqiyyətlə irəliləyir. Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirərək, Azərbaycan iqtisadiyyatı postsovet məkanının hüdudlarından daha uzaqlarda ən çox çiçəklənən iqtisadiyyatlardan biri oldu”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışında iştirak edən Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib.
L.Slutski qeyd edib ki, Azərbaycan aprelin 11-də keçiriləcək prezident seçkilərinə çox yüksək dərəcədə inkişaf etmiş parlament sistemi ilə gedir. “Bu gün Milli Məclis Azərbaycan cəmiyyətində çox məsələləri müəyyən edən bir institutdur. Təkcə siyasətçilər və ekspertlər deyil, bugünkü Azərbaycanın iqtisadiyyatında və sosial sahədə fəaliyyət göstərən insanlar da bir çox məsələləri bu institutla müəyyənləşdirirlər”, - deyə Leonid Slutski bildirib.
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri deyib: “Azərbaycan bir çox uğurlu qlobal təşəbbüsün müəllifi kimi çıxış edir və onların əksəriyyəti Heydər Əliyev Fondunun xətti ilə, bir çoxu ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi koordinasiyası ilə uğurla həyata keçirilir. Ümidvarıq ki, o, yaxın gələcəkdə Dövlət Dumasının qonağı olacaq”.
L.Slutski bildirib ki, rusiyalı deputatlar Milli Məclisdəki həmkarları ilə fəal əməkdaşlıq edirlər. “Biz profil komitələrinin beynəlxalq parlamentarilər arenasında birgə iclasları formatında və bir çox digər formatlarda gündəlikdə duran aktual ikitərəfli və beynəlxalq məsələləri müzakirə edirik. Azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var”, - deyə Dövlət Dumasının komitə sədri vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info