Milli Qəhrəman Firuddin Şamoyevin doğum günü qeyd olunub
Tarix: 08.02.2018 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Qazaxda Milli Qəhrəman Firuddin İsa oğlu Şamoyevin doğum günü münasibətilə Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Qəhrəmanın ruhuna dua oxunduqdan sonra xiyabanda şəkli əks olunmuş lövhə önünə tər qərənfillər düzülüb, əziz xatirəsi yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həmin qəhrəmanlardan biri də Firuddin Şamoyevdir. “Biz şəhidlərimizin doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli qəhrəmanlarımızı gənc nəsillərə tanıtdırırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır”, - deyə icra hakimiyyətinin başçısı bildirib.
Qeyd olunub ki, Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində doğulub. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər Vətənin bütün qeyrətli oğulları kimi, Firuddini də hədsiz dərəcədə hiddətləndiririb. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb. O, N saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunub. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak edib, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərib. 1992-ci il aprel ayının 13-ü Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşdə qəhrəmancasına həlak olub.
Elə həmin il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milli Qəhrəmanın həyat yoldaşı Hamayıl Şamoyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonra Milli Qəhrəmanın adını daşıyan məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info